Lənkəran teatrında yeni tamaşa

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-jurnalist Ağaddin Babayevin “Üç qardaş” nağıl-tamaşasının premyerası olub.

Tamaşa  “Məlikməmməd” xalq nağılının motivləri əsasında hazırlanıb. Lakin müəllif və yaradıcı heyət nağılda cərəyan edən hadisələrə yeni don geydirməklə Padşahın oğlanlarının üçünü də müsbət obraz kimi qələmə veriblər. Məlikməmməd bədheybət divi yaralayaraq ona sehrli almaları aparmağa imkan vermir, daha sonra divin arxasınca zülmət dünyasına gedərək onu öldürür, Qarı nənənin qızını əjdahanın, simurq quşunun balalarını isə ilanın əlindən qurtarır və s.

 Maraqla baxılan tamaşanın quruluşçu rejissoru əməkdar artist Təvəkkül Əliyev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları aktyorlardan Miraslan Ağayev, Zemfira Nəcəfova, Hikmət Cəfərov, Emin Fərzullayev, Sayad Əliyev, Tərlan Abdullayev, Əli Nurullazadə, Gülər Kərimova və başqaları ifa edirlər.

 “Üç qardaş”  Ağaddin Babayevin Lənkəran teatrında tamaşaya qoyulmuş sayca üçüncü səhnə əsəridir.

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında