Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr edilmiş kitabın təqdimatı olub

Oktyabrın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Ömrün səhifələri” seriyasından yeni kitabın təqdimatı olub. AzərTAc xəbər verir ki, yeni nəşr görkəmli nasir və dramaturq, Xalq yazıçısı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr edilib.

“Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çapdan çıxmış kitabın müəllifi sənətşünaslıq doktoru, professor Məryəm Əlizadədir.

Azərbaycan, rus və ingilis dillərində hazırlanmış kitaba Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov “Ön söz” yazıb. Kitabda müəllif mətnindən başqa, İlyas Əfəndiyev haqqında ümummilli lider Heydər Əliyevin, ədəbiyyatşünasların və yazıçının sənət dostlarının ürək sözləri, o cümlədən, görkəmli dramaturqun ömrünün müxtəlif anlarını əks etdirən şəkilləri, habelə pyesləri əsasında hazırlanmış tamaşalardan şəkillər yer alıb. Kitabın üz qabığında isə Əməkdar Rəssam İsmayıl Məmmədovun çəkdiyi şəkildən istifadə olunub.

Tədbiri Azərpaşa Nemətov açaraq İlyas Əfəndiyevi Azərbaycan dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsi kimi xarakterizə edib, xüsusi dəst-xətti olan yazıçının əsərlərinin bu gün də sevilə-sevilə oxunduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Teatr Xadimləri İttifaqı ötən illərdə də xalq artistləri Şəmsi Bədəlbəyli, Məhərrəm Haşımov və SSRİ Xalq artisti Hökumə Qurbanova kimi böyük sənətkarların 100 illik yubileyləri münasibətilə “Ömrün səhifələri” seriyasından kitablar nəşr etdirib. Bu seriyadan növbəti kitab isə İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunub. Kitabın ilk təqdimatı  UNESCO-nun Parisdəki mənzil-qərargahında keçirilib.

Xalq artisti, tanınmış rejissor Ağakişi Kazımov Azərbaycan teatr mədəniyyətinin inkişafında İlyas Əfəndiyev şəxsiyyətinin rolundan və dramaturqun müstəsna xidmətlərindən danışıb. Bildirilib ki, İlyas Əfəndiyevin pyesləri hər zaman Azərbaycan teatrında rejissor və aktyor sənətinin inkişafına böyük töhfələr verib. Azərbaycan ədəbiyyatı tarixində həm nəsr, həm də dramaturgiya sahəsində onun kimi aramsız çalışmış və hər iki sahədə öz bədii üslubunu təsdiq etmiş ikinci bir yazıçı tapmaq çox çətindir.

Təqdimat mərasimində Xalq artistləri Hacı İsmayılov, Bəsti Cəfərova, Məleykə Əsədova, Zərnigar Ağakişiyeva, Əməkdar artist Kübra Əliyeva qüdrətli söz ustası İlyas Əfəndiyevin yaradıcılıq məziyyətlərindən danışıb və onunla bağlı xatirələrini bölüşüblər. Xüsusi vurğulanıb ki, təqdimatı keçirilən bu kitab İlyas Əfəndiyev bədii irsinin tədqiqatçıları üçün dəyərli mənbədir.

Sonda kitabın müəllifi Məryəm Əlizadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında