Leyla ƏLİYEVA: Bernar Buffenin hətta ən qaranlıq rəsmləri belə müsbət enerji verir

Sentyabrın 26-da Heydər Əliyev Mərkəzində Bernar Buffenin fərdi sərgisi açılacaq

Sentyabrın 26-da Heydər Əliyev Mərkəzində fransız rəssam Bernar Buffenin (1928-1999) fərdi sərgisinin rəsmi açılış mərasimi keçiriləcək.

Rəssamın Bakıdakı ilk sərgisində 43 əsər nümayiş olunacaq. Onların sırasında müəllifin “Sirk”, “Dantenin cəhənnəmi”, “Dərisi soyulmuşlar” silsilələrindən rəsmləri, eyni zamanda, avtoportretləri var.

Açılış mərasimi ərəfəsində Bernar Buffenin əsərlərinin reproduksiyasını əhatə edən kataloq nəşr olunub. Kataloqda ön sözün müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Leyla Əliyeva Bernar Buffenin əsərlərinin Bakıya gətirilməsindən və dünyanın istedadlı memarlarından olan Zaha Hadid tərəfindən layihələndirilən Heydər Əliyev Mərkəzində sərgilənməsindən məmnunluq hissi keçirdiyini qeyd edib. “Mən Buffe və onun əsərlərini bir neçə il əvvəl kəşf etdim. Elə həmin an da onun rəsmlərinə vuruldum. Fikrimcə, Buffenin əsərləri emosiyalarla zəngindir və rəssamın xeyli dərin duyğularını ifadə edir. Buffenin hətta ən qaranlıq rəsmləri belə müsbət enerji verir və bizə onun çox həssas ruhunun dərinliklərini görməyə imkan yaradır. Onun əsərlərinin yaydığı enerji çox güclüdür - sadəcə rəsmlərə baxmaq məni xoşbəxt bir aləmə aparır”, - deyə Leyla Əliyeva qeyd edib.

Bernar Buffenin Heydər Əliyev Mərkəzindəki sərgisi 2015-ci il yanvarın 15-dək davam edəcək.

Qeyd edək ki, Bernar Buffe 1928-ci il iyunun 10-da Parisdə anadan olub. Rəssam melanxolik, monoxrom əsərləri ilə məşhurlaşıb. O, “Fəxri Legion”, “İncəsənət və Ədəbiyyat” ordenlərinin kavaleri olub. 1973-cü ildə Yaponiyada Bernar Buffe Muzeyi yaradılıb. Parkinson xəstəliyindən əziyyət çəkən rəssam 71 yaşında intihar edib.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında