Azərbaycan incəsənət ustalarının çıxışları fransalı tamaşaçıların böyük marağına səbəb oldu

Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini fransızlara yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə reallaşdırılan “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Parisin VI rayonunda yerləşən Sen-Sülpis  meydanında “Azərbaycan şəhərciyi” təşkil olunub. Şəhərcikdə  Azərbaycan incəsənət ustaları maraqlı konsert proqramları ilə çıxış edirlər.

On gün davam edəcək “şəhərciyin” üçüncü günündə Azərbaycanın əməkdar artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm qrupu”  fransalı tamaşaçılar qarşısında çıxış edib. Qrupun ifa etdiyi “Həyata gəliş”, “Beş yarım”, “Arabeska”, “Caz” və “Atəşgah” rəqs musiqi nömrələri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Paytaxt sakini Katrin Bojar “Azərbaycan şəhərciyi”ndən və ritm qrupunun çıxışından aldığı təəssüratı AzərTAc-a danışıb: “Azərbaycan barəsində yalnız onu bilirdim ki, Bakı ölkənizin paytaxtıdır, neft və qazla zəngindir. Amma bu gün “şəhərcik”lə tanışlıq  sayəsində  ölkəniz barədə  yetərincə məlumat əldə etdim. Burada nümayiş etdirilən qədim xalçalar, qadın geyimləri, misgərlik məmulatları,  mətbəx nümunələri, müxtəlif şərablar, Azərbaycanın tarixindən, mədəniyyətindən, musiqisindən, ədəbiyyatından, incəsənətindən, turizm imkanlarından bəhs edən kitablar və broşürlər ölkənizin necə qədim bir diyar olmasından,  mədəni irslə zənginliyindən,  Avropaya inteqrasiyasından xəbər verir.

Bu gün “Natiq ritm qrupu”nun  çıxışı məni və buraya toplaşan paytaxt sakinlərini və qonaqları sözün əsl mənasında valeh etdi. Necə də oynaq musiqiniz var. Qrup üzvlərinin ifaçılıq tərzinə söz ola bilməz. Bir sözlə, istər “şəhərcik”, istərsə də ritm qrupunun çıxışı ölkəniz barədə az məlumatı olan biz fransızlarda geniş təəssürat yaratdı. Həqiqətən də Azərbaycan Qafqazın həm mirvarisi, həm də möcüzəli ölkəsidir".

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında