Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü qeyd edilib

Sentyabrın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq ümummilli liderimiz Heydər Əliyevin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il ölkəmizdə ənənəvi Milli Musiqi Gününün keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, 2009-cu ildən etibarən ölkəmizdə hər il sentyabrın 18-dən başlanan və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunan beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub.

Azərbaycan dövlətinin ölkəmizdə musiqi mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açan nazir müavini, artıq milli musiqimizin xarici ölkələrdə də xüsusi həvəs və məharətlə ifa olunduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, son illər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə milli musiqimiz, muğamlarımız xarici ölkələrdə uğurla təmsil olunur və fondun təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinin təbliğinə həsr edilmiş müxtəlif təqdimatlar keçirilir.

Ə.Vəliyev Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Qara Qarayevin, Fikrət Əmirovun və başqa dahi bəstəkarlarımızın musiqi ənənələrinin bu gün də uğurla davam etdirildiyini sevindirici hal kimi qiymətləndirib.

Tədbirdə xalq artistləri - Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bayram münasibətilə musiqisevərləri təbrik edib, festivalın əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada həm də musiqi diyarı kimi tanınmasındakı rolundan danışıblar.

Çıxış edənlər, həmçinin dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açıb, milli Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyli məktəbinin rolunu xüsusilə vurğulayıb və musiqiçilərə bu ənənələrə sadiq qalmağı tövsiyə ediblər.

Natiqlər bu musiqi bayramının tezliklə Şuşada keçiriləcəyinə inamlarını ifadə ediblər.

Üzeyir Musiqi Günündə Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin və Azərbaycan Dövlət xor kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında