“Qobustan kölgələri” baleti Strasburqda təqdim olunub

Azərbaycanın Avropa Şurası (AŞ) yanındakı daimi nümayəndəliyindən bildiriblər ki, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi münasibətilə sentyabrın 16-da Strasburqun “Musiqi və Konqreslər sarayı”nda “Qobustan kölgələri” baleti nümayiş olunub.

Əsərin təqdimatı Heydər Əliyev Fondunun, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və daimi nümayəndəliyin birgə təşkilatçılığı ilə baş tutub.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək bildirib ki, Azərbaycan artıq 15 ildir fəal əməkdaşlıq etdiyi Avropa Şurası ilə sıx münasibətlər formalaşdırıb. 2001-ci ildən üzv olduğu təşkilatın hazırda Nazirlər Komitəsinə sədrlik edən Azərbaycan bununla əlaqədar müxtəlif sahələrə və mövzulara həsr olunan  tədbirlər həyata keçirib. Tədbirlərin bir çoxu Strasburqla yanaşı paytaxtımızda da baş tutub.

Sonra nazir müavini Qobustan və onun tarixi haqqında ətraflı məlumat verib. O qeyd edib ki, UNESCO tərəfindən bəşəriyyətin qədim tarixi abidəsi kimi qəbul edilən Qobustan öz nadirliyi ilə seçilir. “Qobustan kölgələri” baleti haqqında danışan Sevda Məmmədəliyeva onun yerli tamaşaçılar tərəfindən bəyəniləcəyinə ümidvar olduğunu ifadə edib.

Sonra Avropa Şurası baş katibinin müavini Qabriela Battaini Draqoni çıxış edərək Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi münasibətilə bu baletin nümayişinin təşkilatçılarına minnətdarlığını bildirib. Azərbaycanın qurumun Nazirlər Komitəsinə sədrliyi müddətində bir sıra mühüm tədbirlər keçirdiyini xatırladan Avropa Şurası rəsmisi Strasburqda “Qobustan kölgələri” baletinin nümayişinin bu tədbirlərin mədəniyyət hissəsinin mühüm elementlərindən biri olduğunu söyləyib.

 Xatırladaq ki, bəstəkar Fərəc Qarayevin, həmçinin xoreoqraflar Rəfiqə Axundova və Maqsud Məmmədovun yaradıcılığının məhsulu olan bu balet hələ 1969-cu ildə Parisdə Beynəlxalq rəqs festivalında nümayiş etdirilib. Bu gün, baletə yeni nəfəs verən britaniyalı xoreoqraf Maksin Braham və bütövlükdə yaradıcı heyətin təqdimatı tamaşaçılar tərəfindən rəğbət hissi ilə qarşılanıb.

Tədbirlə bağlı yerli KİV-də, o cümlədən “Alzasın son xəbərləri” qəzetində məlumatlar yer alıb.

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında