Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə “Azərbaycan şəhərciyi” təşkil olunacaq

Heydər Əliyev Fondu tərəfindən Parisin San Sülpis meydanında “Azərbaycan şəhərciyi” təşkil olunacaq.

Heydər Əliyev Fondundan AzərTAc-a bildiriblər ki, sentyabrın 19-dan 28-dək “Azərbaycan şəhərciyi”ndə ölkəmizin tarixi və mədəniyyətinin, turizm imkanlarının tərənnümünə həsr olunan müxtəlif sərgilər keçiriləcək.

“Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri”, “Nizami Gəncəvi” və “Fransa Azərbaycan rəssamlarının gözü ilə” sərgilərində Azərbaycanın qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar, o cümlədən  misgərlik məmulatları, şəbəkələr, Azərbaycan milli geyimləri, milli musiqi alətləri, Azərbaycan xalçaları təqdim olunacaq.

Burada Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı materiallar, həmin dövrə aid arxeoloji tapıntılar - pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar, “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklər sərgilənəcək.

“Azərbaycan şəhərciyi”ndə, eyni zamanda, milli mətbəximizi tərənnüm edən köşklər qurulacaq. Müxtəlif şirkətlərə (“Azersun Holding” MMC, “Gilan Holding” MMC, “AzGranata” MMC, “AzNar” QSC, “Caspian Coast Winery & Vineyards”, “Fireland Vineyards”, “Aspi Winery”, “Şərur-3” MMC, “Sirab” ASC, “Gəmiqaya Holdinq”, “Gədəbəy”, AzPromo, “Azər-İlmə” MMC) aid köşklərdə milli şirniyyatlar, içkilər, xalq sənətkarlıq nümunələri və s. sərgilənəcək.

“Azərbaycan şəhərciyi”ndə, həmçinin “Bakı-2015" Birinci Avropa Oyunlarına hazırlığın təqdimatı keçiriləcək, ”Azərbaycana səyahət" turizm sərgisi vasitəsilə ölkəmizlə daha da yaxından tanışlıq imkanı yaradılacaq.

Şəhərcikdə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də təqdim olunacaq.

On gün davam edəcək sərgi-yarmarkada Azərbaycanın incəsənət ustaları şəhər sakinlərini və turistləri müxtəlif konsert proqramları ilə salamlayacaqlar. Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu, Dövlət Xalq Çalğı Alətləri Ansamblı, Qədim Musiqi Alətləri Ansamblı və digər musiqi kollektivlərinin ifasında Azərbaycanın klassik, caz və muğam sənəti təqdim ediləcək, kəndirbazların və pəhləvanların çıxışları olacaq. 

Qeyd edək ki, tədbirlər ərəfəsində Parisin küçələri Azərbaycana aid afişalarla bəzədilib.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında