Londonda “Sən həmişə mənimləsən” tamaşasının Avropa premyerası keçirilir

Londonda Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın Avropa premyerası keçirilir.

Tamaşa görkəmli nasir və dramaturq, xalq yazıçısı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib.

Tamaşa Londonda fəaliyyət göstərən Aloff Teatrının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq ingilis dilində nümayiş etdirilir.

Britaniyalı aktyorlar tərəfindən ifa olunan tamaşanın quruluşçu rejissoru Filiz Özcan, tərcüməçisi Aloff Teatrının prodüseri Sənan Əliyevdir.

İlk dəfə 1964-cü ildə səhnələşdirilən tamaşanın rezonansları bu gün də müasir dövrün tələbləri ilə səsləşir. Özünün incə təhlilində pyes həyatın müxtəlif mərhələlərində sevginin necə müxtəlif formalar aldığını və dünyanın buna reaksiyasını göstərir.

Tamaşanın təşkili və pyesin səhnələşdirilməsi haqqında məlumat verən əsərin tərcüməçisi Sənan Əliyev hazırlıq prosesinin uğurlu keçdiyini bildirib. İlyas Əfəndiyevin əsərlərinin xarici auditoriya tərəfindən sevildiyini vurğulayan S.Əliyev, pyesin Londonda səhnələşdirilməsinin mədəniyyətimizin təbliği baxımından əhəmiyyətini qeyd edib.

Tamaşa sentyabrın 27-dək nümayiş etdiriləcəkdir.

Bu günlər “Sən həmişə mənimləsən” pyesi əsasında hazırlanmış tamaşanın Avropa premyerası keçirilən İlyas Əfəndiyevin zəngin ədəbi irsi Azərbaycan ədəbiyyatında yeni mərhələnin təşəkkülünə böyük təsir göstərib. Respublikamızda teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyasının özünəməxsus yeri vardır. Ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə yazıçının xatirəsi əbədiləşdirilib, İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu “Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib.

 

Orxan İSMAYILOV,

AzərTAc-ın xüsusi müxbiri

London


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında