Kamal Abdullanın “Yarımçıq əlyazma” kitabı italyan dilində çapdan çıxıb

  Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” kitabı italyan dilində çapdan çıxıb.

Daniele Franzoninin tərcümə etdiyi kitabda “Ön söz”ün müəllifi görkəmli yazıçı və tarixçi, Florensiya Universitetinin professoru Franko Kardini, redaktoru isə professor Mikele Bernardinidir.

Bu əsərdə Kamal Abdulla “Dədə Qorqud” hekayətlərinin ilk və yarımçıq layihəsini əks etdirib. Romanda VIII əsrdən XV əsrədək oğuz eli tayfalarının həyatı ilə bağlı maraqlı məqamlar yer alıb.

“Sandro Teti” nəşriyyat evində çapdan çıxan kitabın “Ön söz”ündə professor Franko Kardini romanın italiyalı oxucuları tərəfindən bəyəniləcəyinə əminliyini vurğulayıb.

 

Maqsud Dadaşov,
AzərTAc-ın xüsusi müxbiri

Roma

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında