Misirlə turizm sahəsində əməkdaşlıq genişlənir

Bu günlər Misirin Qahirə şəhərində Azərbaycan və Misir Ərəb Respublikası arasında turizm əlaqələrinin genişləndirilməsi məqsədilə ikitərəfli görüşlər keçirilir. Bu barədəMədəniyyət və Turizm Nazirliyinin rəsmi  saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Misirin turizm nazirinin dəvəti ilə ölkənin turizm şəhərlərində mövcud real vəziyyətlə, təhlükəsizliklə bağlı görülən işlər və turizm obyektləri ilə yerində tanış olmaq məqsədilə keçiriləcək ikitərəfli görüşlərdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev, Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Cəfər Qarayev və Bakı Turizm İnformasiya Mərkəzinin Turizm işi üzrə mütəxəssisi Elin Abasov iştirak edəcəkdir.  Bu görüşlər avqustun 29-dək  davam edəcək.

 

 M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında