Bakıda Milli Kino Günü qeyd edilib Avqustun 1-də Nizami Kino Mərkəzində Milli Kino Günü münasibətilə tədbir keçirilib.

 

 

Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış sərgi ilə tanış olublar.

Sərginin ekspozisiyasına müxtəlif illərdə lentə alınmış Azərbaycan filmləri üçün çəkilən dekorasiyaların və geyimlərin eskizləri daxildir.

Mərasim Azərbaycan kinosunun uğurlarını əks etdirən videofilmin nümayişi ilə başlanıb.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan kinosunun uğurlarından söz açıb. O, bildirib ki, 2000-ci ildə ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə təsis edilən Milli Kino Günü ömrünü bu sahəyə həsr edən kino işçiləri üçün əsl bayrama çevrilib.

Qeyd edilib ki, gənclərimizin bu sənətə maraq göstərməsi onların istedadlarının aşkar olunması üçün bizə imkanlar verir. Hətta ölkəmizdən kənarda yaşayan azərbaycanlı gənc rejissorların layihələrinə də xüsusi diqqətlə yanaşılır.

Nazir vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir.

Azərbaycan kinosunun müxtəlif mövzuları əhatə etdiyini deyən nazir diqqətə çatdırıb ki, ən əsas mövzu vətənpərvərlik, Azərbaycan xalqının keçmişi, bu günü və gələcəyi haqqında filmlərin istehsalıdır. Qarabağ mövzusu bizim üçün hər zaman aktual olmalıdır. Ölkəmizin, cəmiyyətimizin yüksək inkişafına nail olsaq da bu problem ən ağrılı bir məsələ olaraq hər birimizi narahat edir. Bu gün hamımız sarsıldıq, kədərləndik. Çünki yenə də erməni qoşunlarının təcavüzü, atəşkəsin pozulması nəticəsində Azərbaycan övladları həlak oldular. Bu gün təqdim edilən “Nabat” filmi də Qarabağ münaqişəsinə həsr olunub. Ekran əsərinin Venesiya beynəlxalq film festivalının proqramına daxil edilməsi bu mövzunun təkcə bizim üçün deyil, dünya ictimaiyyəti üçün maraq kəsb etdiyini göstərir.

Milli Kino Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən nazir bildirib ki, bu gün 116 illiyini qeyd edən Azərbaycan kinosu həmişə cavan, istedadlı, öz yaradıcılıq axtarışlarına davam edəcək bir qüvvədir.

Tədbir çərçivəsində bir qrup kino veteranı mükafatlandırılıb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib.

2014-cü il üçün Milli Kino Mükafatı xalq rəssamı Rafiz İsmayılov təqdim olundu.

Mərasimdə çıxış edən  C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov rəhbərlik etdiyi qurumun uğurlarından və qarşıda duran vəzifələrdən danışıb, “yenifilm.az” gənclər üçün kino müsabiqəsinin qaliblərini elan edib.

Sonra səhnəyə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Nabat” filminin yaradıcı heyəti dəvət olunub.

Filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edilib.

Qarabağ müharibəsinin dramatik hadisələrindən birini canlandıran filmin quruluşçu rejissoru və ssenari müəllifi Elçin Musaoğlu, digər ssenari müəllifi Elxan Nəbiyev, quruluşçu operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur.

Bu ekran əsərində əsas rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və başqaları canlandırıblar.

Sonda film nümayiş olunub.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında