Qəbələ növbəti beynəlxalq musiqi festivalına hazırlaşır

Son illər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu mədəniyyət tədbirlərindən olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin rəğbətini qazanıb.

AzərTAc xəbər verir ki, iyulun 23-dən başlayaraq qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan bu musiqi festivalına yenidən ev sahibliyi edəcək. Qəbələ şəhərində avqustun 1-dək davam edəcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

Hazırda festivalın keçiriləcəyi ərazidə musiqi bayramına ciddi hazırlıq işləri görülür. Festival günlərində Qəbələyə çoxsaylı yerli və xarici qonaqların gələcəyi nəzərə alınaraq şəhərdə abadlıq işlərinə diqqət artırılıb, səliqə-sahman yaradılıb.

Qəbələ şəhərinin küçələrində, İsmayıllı-Qəbələ-Şəki avtomobil yolunun kənarına, müxtəlif otel və istirahət mərkəzlərinə festivalla bağlı qoyulan plakatlar diqqəti xüsusilə cəlb edir. Təşkilatçılar əhalinin bu festivala olan marağını artırmaq üçün Bakı, Qəbələ, Şəki, Şamaxı, İsmayıllı və Gəncənin mərkəzi meydanlarına, park və küçələrinə xüsusi plakatlar quraşdırıb, müxtəlif broşürlər paylanılıb. Bundan əlavə, festivalın keçiriləcəyi beşulduzlu “Qafqaz Resort” və “Qafqaz Riverside” otellərində hazırlıq işləri başa çatdırılıb. Hazırda festivalın proqramına uyğun olaraq açıq hava altında keçiriləcək konsertlər üçün səhnə quraşdırılır.

Xatırladaq ki, festivalda Rusiya, Türkiyə, Cənubi Afrika, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, Ukrayna, Koreyadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər-İohannesburq Filarmonik orkestri, İsrailin “Brass kvintet”i, “Kiyev solistləri” milli kamera orkestri, Vyana Akademik Orkestri solistləri, Tel-Əviv baleti, Oksana Yablonskaya, Dmitri Yablonski, Yulian Raxlin, Gil Şohat, Tatyana Şafran, Çen Zimbalista, Janna Qandelman, Mira Avad və başqaları iştirak edəcəklər. Festival konsertlərində Ü. Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Yeganə Axundova, Əli Əsgərov, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Fəridə Məmmədova, Səbinə Əsədova, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Yusif Eyvazov, Azər Rzazadə, Kamran Ömərli, istedadlı gənc solistlər, muğam ifaçıları çıxış edəcəklər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında