Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində caz musiqisi konserti

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konsertdə olmuşdur

Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Fransanın Kann şəhərində davam edən Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 11-də Festivallar və Konqreslər Sarayında, açıq səma altında gənc cazmen İsfar Sarabskinin konserti təşkil edilmişdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva konsertdə olmuşdur.

Tanınmış caz ifaçısı, əməkdar artist İsfar Sarabskinin konserti Kann şəhərinin sakinlərinə və qonaqlarına xoş ovqat bəxş etmişdir. Kannda musiqi janrları arasında sərbəstliyi ilə seçilən caz sədaları səslənmişdir. Müstəqil, yüngül, eyni zamanda, dərin və mənalı musiqi. Bu gecə Azərbaycan məhz həmin musiqinin təqdimatı ilə növbəti dəfə Kannın qəhrəmanı olmuşdur.

Ölkəmizdə çox dərin caz ənənələri vardır. Səbəblərdən biri isə odur ki, Azərbaycanın musiqi mədəniyyətinin əsasında bütövlükdə improvizasiya durur. Bu, bizi caza daha da yaxınlaşdırır. Ölkəmiz Vaqif Mustafazadə, Rafiq Babayev kimi caz ifaçıları ilə fəxr edə bilər. Azərbaycan cazının əsasında müstəqillik və eyni zamanda, milli ab - havanın birləşməsi ilə yaradılan fərqli və orijinal bir musiqi janrı dayanır. Bu, Azərbaycan cazının əfsanəsi adlandırılan Vaqif Mustafazadənin muğamdakı improvizasiyalara caz elementlərinin qarışığı ilə təqdim etdiyi yeni mükəmməl tandem - caz-muğam üslubudur.

Beləliklə, Azərbaycan Kann tamaşaçılarının qarşısına fərqli ovqat bəxş edən çılğın caz kompozisiyaları ilə çıxmışdır. Bu gecə Kann şəhərinin ruhunda heç bir qaydalara tabe olmayan, öz qanunları ilə yaşayan və yalnız improvizasiyanı hər şeydən üstün tutan caz ritmləri hökm sürmüşdür.

Caz musiqisinin virtuoz ifaçısı İ.Sarabskinin çıxışı kannlılar və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanmışdır.

 

Əsgər ƏLİYEV

AzərTAc-ın xüsusi müxbiri

Kann


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında