Rusiya nəşri Bakıda gəzməli-görməli 10 yeri qeyd etmişdir

Bakı öz simasını itirmədən kosmik sürətlə  dəyişən şəhərdir. Bu fikir Rusiyanın “Elle” jurnalının internet-versiyasında yer almışdır.

“Bakıda gəzməli-görməli 10 yer”  sərlövhəli məqalədə deyilir ki, müasir arxitektorların yaratdıqları və orta əsrlərin memarlıq inciləri  dünyanın heç bir yerində belə vəhdət təşkil etmir.

Bakının görməli yerləri arasında “Alov qüllələri” xüsusi qabardılır: “Bu qüllələrə tamaşa etməyi əldən vermək olmaz. HOK layihə bürosunun (ABŞ)  futurusktik  ”tonqalı" şəhərin ən uca nöqtəsində alovlanır".  Məqalədə Heydər Əliyev Mərkəzindən -  istənilən rakursda effektli görünən, rəvan və axıcı  forması olan memarlıq incisindən də danışılır.

Nəşr Bakının gəzməli-görməli yerləri arasında diqqəti İçərişəhər, Qız qalası, Xalça Muzeyi, Yay qalereyası, habelə mənalı vaxt keçirmək üçün restoran və klublara cəlb edir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında