“Azərbaycan qadını” jurnalının yay buraxılışının təqdimat mərasimi keçirilmişdir

Jurnalın yeni nömrəsində oxuculara maraqlı bədii-publisistik yazılar təqdim olunmuşdur

İyulun 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Azərbaycan qadını” jurnalının yay buraxılışının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak etmişlər.

Tədbirdə Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadənin “İntro” musiqi albomunun təqdimatı olmuşdur və o, konsert proqramı ilə çıxış etmişdir.

Gecədə azərbaycanlı müğənnini “Music Band”in bədii rəhbəri Givi Usenaşvili, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri (dirijor, Azərbaycanın xalq artisti Fəxrəddin Kərimov) və Abxaziya Dövlət xor kapellası (Gürcüstan, Tbilisi, bədii rəhbər və dirijor Quram Kuraşvili) müşayiət etmişlər.

Təqdimat mərasimində çıxış edən tanınmış musiqişünas Cahangir Süleymanov “Azərbaycan qadını” jurnalının fəaliyyətini yüksək qiymətləndirmişdir.

Qeyd olunmuşdur ki,  jurnal çox populyardır və olduqca geniş oxucu auditoriyasına malikdir.

  Sevda Ələkbərzadənin yaradıcılığından söhbət açan C.Süleymanov  təqdim olunan yeni layihənin milli musiqi ənənələrinə əsaslanaraq eksperimental üslubda hazırlandığını diqqətə çatdırmışdır.

Fatma Abdullazadənin baş redaktorluğu ilə nəşr olunan “Azərbaycan qadını”nın növbəti buraxılışı mərasim iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Jurnalın  yeni nömrəsində oxuculara maraqlı bədii-publisistik yazılar  təqdim edilmişdir.

“Azərbaycan qadını”nın səhifələrində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı görülən işlər və nəzərdə tutulan kompleks tədbirlərə geniş yer verilmişdir.  Materiallarda bu məqsədlə həyata keçirilən bir sıra yeni layihələr - Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı, Milli Gimnastika Arenası, paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi, inşa olunan  Bakı Olimpiya Stadionu,  əsaslı rekonstruksiya edilən mövcud idman obyektləri, telekommunikasiya, nəqliyyat, istirahət məkanları və s. barədə  məlumat verilmişdir.  

“Ana təbiəti sevək və qoruyaq!” mövzusunda materialda Bakıda  keçirilən Qafqaz Biomüxtəlifliyi Sammitinin əsas məqsədindən, tədbirdə iştirak edən qonaqlarından söz açılmışdır.

IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Bakıda  keçirilən sammitdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak etmişlər.

Nəşrdə çoxəsrlik ənənələrə malik “Dumanlı Albion”da yurddaşlarımızın  diaspor təşkilatlarının fəaliyyətindən söz açılmışdır.

 Qeyd edilmişdir ki, bu qurumlar həmvətənlərimizin yalnız yaşadıqları ölkəyə uyğunlaşmasına deyil, həm də xalqımızın adət-ənənələrini qorumağa yardımçı olmuşdur. Məqalədə İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz Paşayevanın  cəmiyyətin Böyük Britaniya tərəfindən yeni seçilmiş həmsədri, Parlamentin Lordlar Palatasının üzvü Lord German ilə görüşü diqqətə çatdırılmışdır.

Jurnalda “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı və dəstəyi ilə Bakıda keçirilən Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətini əks etdirən “Love Me, Love Me Not” adlı sərgi ilə bağlı oxuculara ətraflı məlumat təqdim edilmişdir.

“Azərbaycan qadını” jurnalının yay buraxılışında oxucuları, həmçinin qadın şairlərlə,  “Neftçi”nin canlı əfsanəsi olan Ələkbər Məmmədov, bizə gözəlliyin sadə formulunu açıqlayan müasirimiz Günel Rüstəmova, Azərbaycan orqan-klavesin mədəniyyətinin yaradıcıları və ifaçıları ilə maraqlı görüş gözləyir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında