Məhsəti Gəncəvi haqqında urdu dilində kitab nəşr edilmişdir

Orta əsrlər Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndəsi, klassik poeziyada rübai janrının ən məşhur yaradıcılarından biri kimi şöhrət tapmış Məhsəti Gəncəvi haqqında urdu dilində yeni kitab nəşr edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru professor Rafael Hüseynovun müəllifi olduğu portret-oçerkdə şairənin mübarizələrlə dolu həyat yolu, ədəbi irsinin özünəməxsus xüsusiyyətləri, Məhsəti Gəncəvinin özündən sonrakı ədəbi inkişafa göstərdiyi əhəmiyyətli təsir çoxsaylı mənbələrin verdiyi məlumatlar əsasında araşdırılmışdır. Məhsətinin hələ səkkiz əsrdən də əvvəl qadınların hüquqları, onların cəmiyyətdə mövqeyi haqqında düşüncələri, daha ədalətli bir yaşayış mühitinin bərqərar olması səmtində çalışmaları azadfikirliliyin klassik nümunəsi kimi böyük dəyər daşıyır və urdu oxucusuna ünvanlanan yeni kitabda bütün bunlar konkret ədəbi nümunələr əsasında şərh edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhsəti Gəncəvi yaradıcılığının 900 illiyinin qeyd edilməsi ilə əlaqədar 2013-cü il 16 yanvar tarixli Sərəncamı istər ulu söz ustasının həyat və yaradıcılığının öyrənilməsi, istərsə də mütəfəkkir şairənin dünyada təbliği istiqamətində ciddi dönüşün yaranmasına səbəb olmuşdur.  Məhsəti Gəncəvinin Parisdə UNESCO səviyyəsində yubileyi qeyd edilmiş, ölməz rübailəri bir çox dünya dillərinə tərcümə edilərək nəşr olunmuşdur.

Məhsəti Gəncəvi haqqında kitabın urdu dilində nəşri Pakistanda kifayət qədər geniş oxucu auditoriyasının şairəmizin ömür və sənət yolu ilə yaxından tanış olmasına imkan yaradacaqdır. Əsəri urdu dilinə Tariq Həmid çevirmiş, nəşrin redaktoru isə Tahir Həmiddir. “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə çapdan buraxılmış kitabın yaxın vaxtlarda Pakistanda da nəşr edilməsi nəzərdə tutulur. 

 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında