Bakıda Dünya Sənət Akademiyası üzvlərinin “11” adlı sərgisi açılmışdır

İyulun 1-də Müasir İncəsənət Muzeyində “Yeni era” Dünya Sənət Akademiyası üzvlərinin “11” adlı sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, mərasimi açan Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov sərginin əhəmiyyətindən söz açmışdır.

Bildirilmişdir ki, “Yeni era” adlı Dünya Sənət Akademiyasının yaradılması planetimizin mədəni həyatında əhəmiyyətli hadisədir. Rəngkarlıq və memarlığın çoxlu bədii cərəyanlarının birləşməsi nəticəsində əmələ gələn bədii ittifaqın bütün iştirakçıları yüksək dəyərli sənət əsərlərinin yaranmasında bədii, ideoloji və semantik məsələlərin yeni anlam səviyyəsinə çıxmasına imkan verir.

Bundan əlavə, dünyanın müxtəlif incəsənət məktəblərinin üzvləri arasında yaranan bədii təbəqə anlayışları incəsənətin bədii-stilistik cərəyanlarını dərinləşdirməyə imkan yaradır. Bu da öz növbəsində Dünya Sənət Akademiyası üzvlərinin yaradıcılığını zənginləşdirir, onun ustadlarının (müxbir üzvlər, həqiqi üzvlər) bədii axtarışlarına ən gözlənilməz bəhrə verir.

Tədbirdə “Yeni era” Dünya Sənət Akademiyasının prezidenti Anatoli Silov rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışmışdır.

Bildirmişdir ki, 30 ölkəni əhatə edən akademiyanın 70 üzvü vardır. Rusiyalı qonaq Azərbaycan rəhbərliyi tərəfindən incəsənət adamlarına böyük diqqət və qayğı göstərildiyini xüsusilə vurğulamış, Müasir İncəsənət Muzeyi kimi məkanda belə bir sərginin təşkilindən məmnunluğunu bildirmişdir.

Mərasimdə rəssam Mirnadir Zeynalova “Yeni era” Dünya Sənət Akademiyasının “İlin rəssamı” nominasiyasında ordeni təqdim edilmişdir. Akademiyanın elmi şurasının qərarı ilə rəssam Gülarə Məcidova bu müəssisənin həqiqi üzvlüyünə qəbul edilmiş, rəssam Eldar Qurbanova isə akademiyanın fəxri fərmanı təqdim olunmuşdur.

Dünya Sənət Akademiyasının digər üzvlərinin çıxışlarında sərgidə nümayiş olunan əsərlərdən, yaradıcılıq planlarından söz açılmışdır.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar.

Sərgidə akademiyanın prezidenti Anatoli Silovun, akademiyanın üzvlərindən Arif Əziz, Xanlar Əhmədov, Səmədağa Cəfərov, Mirnadir Zeynalov, Nağdəli Xəlilov, Gülarə Məcidova, Eldar Qurbanov, Ülviyyə Həmzəyeva, Xristo Panev və Nikolay Şinyayevin əsərləri təqdim olunur.

Sərgi iyulun 15-dək davam edəcəkdir.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında