Nizami Kino Mərkəzində tədbir

Xəbər verdiyimiz kimi, Bakıda “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi keçirilir.

Həftə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iyunun 19-dan  26- dək davam edəcək.

“Salnamə” və “Yaddaş” sənədli filmlər studiyalarında dövlət sifarişi ilə çəkilmiş 11 filmin təqdimatı Bakı və Sumqayıt şəhərlərində, Ağdam, Oğuz, Göyçay, Quba, Biləsuvar, Xaçmaz rayonlarında təşkil olunmuşdur.  26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş  kino-baxışlar rayon mədəniyyət və turizm şöbələri və Bakı Şəhər Kino Xidməti İdarəsi tərəfindən həyata keçirilir.

Dünən  Nizami Kino Mərkəzində  həmin  qəhrəmanlardan  birinə - Məzahir Rüstəmova  həsr olunmuş  rejissor Tofiq Məmmədovun  “Xatirələrdə yaşayan ömür” sənədli filminin təqdimatı keçirildi. Tədbir  müğənni Mübariz  Tağıyevin  ifasında “Vətən bölünməz, şəhidlər ölməz” mahnısı ilə başlandı.

Tədbiri  giriş  sözü ilə  Bakı şəhər icra hakimiyyəti  başçısı Aparatının  Kino Xidməti İdarəsinin  rəis müavini  Cəmil Xəlilov Məzahir  Rüstəmovun  keçdiyi döyüş yolundan danışdı. Bildirdi ki, Məzahir Rüstəmov 1960-cı ildə Bakıda  ziyalı ailəsində  doğulub. O, indi adını daşıyan  32 nömrəli  məktəbi  bitirdikdən sonra  1978-ci ildə Bakı Dövlət Universitetinin  tarix fakültəsinə daxil olub. Təhsilini   fərqlənmə diplomu ilə başa vuran  Məzahir Rüstəmov  əvvəlcə  Memarlıq və İnşaat  Universitetində, sonra isə Mətbuat Nazirliyində  şöbə müdiri  vəzifəsində çalışıb. Ermənilərin  Azərbaycan torpaqlarını işğal  etməsi  onu könüllü olaraq  ordu sıralarına  gətirib çıxarır. Gədəbəyə-Şınıx cəbhəsinə gələn  Məzahir Rüstəmov  komandir müavini  vəzifəsinə təyin edilir. Onun komandirliyi  və kəşfiyyatçılığı ilə  düşmənin  bir neçə  döyüş  nöqtələri susdurulur. Mühüm strateji  əhəmiyyətə malik olan Mutudərəni  ələ keçirmək üçün ermənilər  1992-ci il avqustun 6-da  güclü hücuma keçirlər. Son nəfəsinə qədər  döyüşən   igid əsgər  erməniləri  xeyli yaxına buraxır və əl qumbarası ilə   özünü  və xeyli erməni  döyüşçüsünü məhv edir.

Azərbaycan Respublikası Prezidentinin  5 fevral  1993-cü il tarixli  fərmanı ilə  Məzahir  Rüstəmov ölümündən sonra  “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Tədbirdə Məzahir  Rüstəmovun  ailə üzvləri, dostları,  deputatlar, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların, Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin, Yeni Azərbaycan Partiyası Gənclər  Birliyinin   nümayəndələri iştirak edirdilər.

 

Mehdi MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında