“Zəlimxan Yaqub ədəbi düşüncədə”

Bu günlərdə “Vətən” nəşriyyatı “Zəlimxan Yaqub ədəbi düşüncədə” silsiləsindən üçüncü kitabı yüksək poliqrafik tərtibatla ədəbiyyatsevərlərə təqdim etmişdir.

Kitabda respublikanın tanınmış ictimai-siyasi xadimlərinin, görkəmli şair və yazıçılarının, ədəbiyyatşünas və digər elm adamlarının Zəlimxan Yaqubun zəngin həyat və yaradıcılığı barədə müxtəlif  səpkili yazıları, fikir və mülahizələri toplanmışdır.

Xalq yazıçılarından İsa Muğannanın “Məharət dastanı”, “Tarixi həqiqət və müasir gerçəklik”, Anarın “İztirablı yollarla”, Sabir Rüstəmxanlının “Böyük ürək sahibi, əsl xalq adamı”, akademiklərdən Budaq Budaqovun “Zəlimxan Yaqubun “Sürgünlə söhbət” poeması haqqında bir neçə söz”, Nizami Cəfərovun “Xalq şairi Zəlimxan Yaquba açıq məktub”, “Zəlimxan Yaqub (portret oçerk)”, Səlahəddin Xəlilovun “Sazla havalıyam, sözlə diriyəm!”, “Zəlimxan Yaqubun “Mövlana” poeması haqqında düşüncələr", “Şairin özü və sözü” adlı məqalələri Zəlimxan Yaqubun dərin xəlqilik və yüksək professionallıqla səciyyələnən yaradıcılığının bədii-estetik dəyərini incələyən yazılar kimi toplunun elmi-nəzəri sanbalını artırır.

Professorlardan Teymur Əhmədov, Qəzənfər Paşayev, Nizaməddin Şəmsizadə, İfrat Əliyeva və Rüstəm Kamalın xalq şairinin yaradıcılığına həsr olunmuş yazıları da zəlimxansevərlərə onun bənzərsiz söz sənətinin bir sıra məziyyətlərini açıqlayır.

Kitabın tərtibçisi və redaktoru Zəlimxan Yaqub irsinin araşdırıcısı, folklorşünas, Azərbaycan Aşıqlar Birliyinin məsul katibi Musa Nəbioğludur.

 

T. AYDINOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında