Tətbiqi incəsənət festivalı tamaşaçıları valeh etmişdir

 Bakıda Kapelhaus Alman Mədəniyyət Mərkəzində tətbiqi incəsənət əsərlərindən ibarət birinci festival keçirilmişdir. Festivalda 40 Azərbaycan rəssamının əl işləri nümayiş etdirilmişdir

Festivalın təşkilatçılarından biri Təranə Cəfərova bildirmişdir ki, bu tədbir ölkəmizdə dəfələrlə keçirilmişdir və tamaşaçıların çox xoşuna gəlmişdir. Festivalda ən yaşlı rəssam – 83 yaşlı Zahirə xanım, ən gənc isə Şəki şəhər sakini 22 yaşlı Könül Hidayətova idi.Festivalda tamaşaçıların diqqətini isə rəssam-dekorçular Sevinc Yaftumovanın və Marina Məmmədlinin əl işləri tamaşaçıların, eyni zamanda, tədbir təşkilatçılarının, qonaqların, ümumiyyətlə, festivala gələnlərin çox xoşlarına gəlmiş, hətta onları valeh etmişdir. Onların hazırladıqları vazalar, toy mərasimi üçün qablar festival iştirakçılarına xoş təsir bağışlamışdır. İki gün davam edən festivala xeyli tamaşaçı və qonaqlar, incəsənət və mədəniyyət vurğunları gəlmişlər.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında