Azərbaycan paytaxtında tələbələrin II Beynəlxalq “Univision” tələbə mahnı müsabiqəsinin final şousu keçirilmişdir

Beynəlxalq müsabiqədə ölkəmizi təmsil edən “ADA” Universitetinin tələbəsi ikinci olmuşdur

Mayın 21-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə dəstəyi ilə “Birinci ol” şüarı altında II Beynəlxalq “Univision” tələbə mahnı müsabiqəsinin final şousu keçirilmişdir.

İlk olaraq səhnəyə müsabiqədə iştirak edən  ölkələrin təmsilçiləri çıxmışlar. 21 ölkənin qatıldığı müsabiqədə hər birindən ali və orta ixtisas təhsili müəssisələrinin bakalavr və magistr pillələrində təhsil alan 1 tələbə ifaçı və 1 münsif iştirak etmişdir.

Yarışmadan əvvəl Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirmişlər ki, 3 il bundan əvvəl başlanan bu mahnı yarışmasının indi beynəlxalq mahiyyət kəsb etməsi qürurvericidir.

Natiqlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gənclərə  hərtərəfli diqqət və qayğı göstərildiyini xüsusi vurğulayaraq  belə layihələrin istedadlı gəncləri üzə çıxarmaq baxımından əhəmiyyətini qeyd etmiş və iştirakçılara uğurlar arzulamışlar.

İkinci dəfə təşkil olunan Beynəlxalq “Univision” tələbə mahnı müsabiqəsinin MDB ölkələrində və Avropada geniş vüsət aldığını qeyd edən nazirlər bildirmişlər ki, beynəlxalq müsabiqənin coğrafiyası ilbəil genişlənir.

Müsabiqənin gənclər tərəfindən sevildiyini qeyd edən çıxışçılar səhnədə maraqlı musiqi nömrələri olacağına və ən güclülərin qalib gələcəyinə əminliklərini ifadə etmişlər

İlk olaraq səhnəyə çıxan Braziliya təmsilçisinin çıxışı alqışlarla qarşılanmışdır. Sonra Serbiya, Yunanıstan, Vyetnam, Rusiya, Pakistan, Argentina, Azərbaycan, Estoniya, İordaniya, Macarıstan, Moldova, Fransa, Xorvatiya, Ukrayna, Belarus, Şri-Lanka, İndoneziya, Qırğızıstan, Albaniya və Qazaxıstan təmsilçiləri bir-birindən maraqlı musiqi nömrələri ilə əsl şou göstərmişlər.

Beynəlxalq müsabiqədə ölkəmizi tələbələrin III “Univiziya” mahnı müsabiqəsinin qalibi, “ADA” Universitetinin tələbəsi Günay Bədəlova təmsil etmişdir.

Səsvermənin nəticələrinə əsasən, İndoneziya  təmsilçisi müsabiqənin qalibi olmuşdur. Azərbaycan və Ukrayna təmsilçiləri isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşmüşlər.

Qaliblərə pul mükafatı təqdim edilmişdir.

Sonda qalib ölkə olan İndoneziyanın təmsilçisinin ifası yenidən dinlənilmişdir.

   AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında