Amsterdamda açılacaq “Əyaləti tikərkən” adlı sərgidə Azərbaycan rəssamlarının əsərləri nümayiş olunacaqdır

Beynəlxalq Fotoşəkil Festivalının (GRİD) fəaliyyət istiqaməti sayılan “Əyaləti tikərkən” adlı sərgi bu il mayın 21-də Amsterdam şəhərində açılacaqdır.

 “YARAT” Müasir İncəsənət Məkanının mətbuat xidmətindən bildirmişlər ki, iyunun 12-dək davam edəcək sərgidə dünyanın müxtəlif ölkələrindən digər sənətkarlarla yanaşı,  Azərbaycanın  üç rəssamının əsərləri də nümayiş olunacaqdır.  Bu il festivalın əsas mövzusu tikinti olacaqdır.

Qeyd olunan sərgi çərçivəsində rəssamlar gündəlik həyatımızda antropogen məkanın oynadığı rolu və həmin məkanda yaşayan sakinlərin mənliyinə təsirini aşkar etməyə çalışacaqlar.

GRİD iki ildə bir dəfə keçirilən və müasir vizual mədəniyyətinə həsr olunan beynəlxalq fotoşəkil festivalıdır. Festivalda beynəlxalq miqyasda tanınmış rəssamların və gənc istedadların müxtəlif əsərləri nümayiş olunacaqdır. Sərgilərdən başqa, sərgi salonları və yaradıcı sahələr tərəfindən əlavə festivaldankənar “OFF GRİD Festival” proqram tədbirləri də təşkil ediləcəkdir. Festival çərçivəsində əlavə təhsil, incəsənət layihələrinin, mühazirələrin, məşğələlərin və müsabiqələrin təşkili də nəzərdə tutulmuşdur. 

Artıq altıncı dəfə keçiriləcək GRİD festivalında beynəlxalq yaradıcı səhnəni təmsil edən rəssamlar, o cümlədən müxtəlif incəsənət üslublarında işləyən üç Azərbaycan nümayəndəsi - Zamir Süleymanov, Emin Əzizbəyli və Nəzrin Məmmədova iştirak edəcəklər. Azərbaycanda müasir incəsənətin inkişafı və yayılması, habelə ölkədə və xaricdə Azərbaycan incəsənətinin təmsil olunması ilə məşğul olan “YARAT” qeyri -kommersiya təşkilatı tərəfindən sifariş olunan bu sərginin kuratoru vəzifəsində  Suad Qarayeva çalışacaqdır. Bakı şəhərində yerləşən və Azərbaycan dilində adı “Ərsəyə gətir” mənasını kəsb edən “YARAT” təşkilatı nizamnamə məqsədlərinə sərgilər, təhsil tədbirləri və festivallar vasitəsilə çatmağa çalışır.

 “YARAT” təşkilatı yerli və xarici rəssamlar, o cümlədən fondlar, sərgi salonları və muzeylər kimi incəsənət təsisatları arasında dialoqun qurulması və təcrübə mübadiləsinin təşkil olunması sahəsində fəaliyyət göstərir.

2012-ci ildə Zamir Süleymanov və Emin Əzizbəyli tərəfindən çəkilən “Astar” qısametrajlı filmində Bakı şəhərinin ətrafında yaşayan gənc oğlanın hekayəsi nəql olunur. Sonu bəlli olmayan filmdə rejissorlar baş qəhrəmanın ictimai və şəxsi həyatda etdiyi yeknəsəq hərəkətlərdən və fəaliyyətdən bəhs edirlər. Gerçəkliyin təxəyyülə qarışdığı filmdə nəinki baş qəhrəmanın yaşadığı məhəllədə mövcud olan, həmçinin xəyalında yaradılan antropogen landşaft üzrə irəlilədikcə Arzuman adlı baş qəhrəmanın obrazı formalaşır. Baş qəhrəman adının açıqlaması “xəyalpərəst şəxs” mənasını kəsb edən  (“arzu”-istək, dilək; “man”-insan) filmdə paytaxt şəhərin ətrafında olan həyatdan, sahibkarlıqdan, sevgidən və gerçəkliyin özündən söhbət açılır.

 Nəzrin Məmmədovanın ərsəyə gətirdiyi silsilə işlərdə müəllifin Azərbaycanın bölgələrinə səfəri zamanı çəkdiyi evlərin dam örtüklərinin şəkilləri öz əksini tapır. 2014-cü ildə yaradılan “Şirvan” silsilə şəkillərində rəqəmsal vasitələrlə düzəldilən və çoxaldılan dam örtüklərinin surətləri mövcud olduğu kontekstdən qopardılarkən müstəqil işarələr qismində təqdim olunur. Həm binanın örtülməsi, həm də bəzədilməsi məqsədi ilə adətən istifadə olunan polad damlar yerli müasir incəsənətin simvollarını, habelə mənsub olduğu özünəməxsus yaşayış binalarının  birmənalı həmahəngliyini təşkil edir. Beləliklə, Nəzrin Məmmədovanın ərsəyə gətirdiyi əsərlər “tikinti bumunun” əmələ gətirdiyi eyniliyi, qədim sənətkarlıq ənənələrini və ucuz tikinti materiallarını birləşdirən əyalət sakinlərinin və onların məxsusi ifadə tərzinin rəqəmsal portretini müəyyənləşdirir.

Layihəyə “Artım” gənc istedadların dəstəklənməsi proqramı çərçivəsində “Bank Technique” sponsorluq edir.

     

AzərTAc

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında