Müasir İncəsənət Muzeyində “Kapri Trend. Kapri-İtaliyadan səyyar fotosərgi” adlı sərgi açılacaqdır

 

 

Aprelin 26-da Müasir İncəsənət Muzeyində “Kapri Trend. Kapri-İtaliyadan səyyar fotosərgi” adlı italyan sərgisi açılacaqdır.

Sərgi Kapri Fondunun Heydər Əliyev Fondu və Müasir İncəsənət Muzeyi ilə birgə əməkdaşlığı çərçivəsində təşkil ediləcəkdir. 

Kapri Fondu  2009-cu ildə sahibkarlar qrupu və yerli hökumət orqanları tərəfindən Kapri adasının inkişafı məqsədilə yaradılmışdır. Beş illik səmərəli fəaliyyətdən sonra mədəniyyət, müasir incəsənət, fotoqrafiya və rəqslərə həsr olunmuş tədbirlər, Kapri Trendvoçinq Festivalı çərçivəsində tədqiqatlar, xəstəlik tarixçəsi, seminarlar və açıq mühazirələr vasitəsilə gələcəyin eskizləri hazırlanmışdır.

Kapri Fondu fəaliyyətinin beş illiyinə həsr olunan “Kapri Trend” adlı ilk sərgisini beş müxtəlif ölkədə təqdim edəcəkdir.

Sərgidə məşhur italyan fotoqrafları Ferdinando Skianna, Olivo Barbyeri, Mauritsio Qalimberti, Françesko Codise və  İrene Kunin 30-a yaxın əsərləri nümayiş olunacaqdır.

Bu fotoəsərlər Kaprinin mədəniyyətini və gözəlliyini xaricdə tərənnüm edən müəllif yanaşması və müasir baxışı təbliğ edir.

Sərgi mayın 31-dək davam edəcəkdir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında