Əməkdar artist Fidan Hacıyeva Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış etmişdir

 

 

Aprelin 19-da Heydər Əliyev Sarayında əməkdar artist Fidan Hacıyevanın “Sevgili canan” adlı solo konserti olmuşdur. 

AzərTAc xəbər verir ki, müğənnini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 150 nəfərdən ibarət simfonik orkestri müşayiət etmişdir.

Nəfis səhnə tərtibatı ilə diqqəti cəlb edən Heydər Əliyev Sarayında Fidan Hacıyeva ötən çıxışlarında olduğu kimi, bu dəfə də ayrı-ayrı bəstəkarların musiqi əsərləri ilə yanaşı, yeni işıq üzü görmüş  musiqi albomuna daxil olan mahnıları tamaşaçılara təqdim etmişdir.

Öz ecazkar səsi ilə musiqisevərlərin rəğbətini qazanmış Fidan Hacıyeva pərəstişkarlarını salamlamışdır. Dünyanın bir çox şəhərlərində çıxış etdiyini qeyd edən tanınmış opera ifaçısı Bakıdakı konsertlərinin onun həyatında böyük əhəmiyyət daşıdığını vurğulamışdır.

Konsertin birinci hissəsində tamaşaçılara tanış əsərlər səsləndirilmiş, ikinci hissədə isə sırf romanslar təqdim olunmuşdur.

Konsertin dirijoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, xalq artisti Cavanşir Cəfərovdur.

Konsert üçün bir neçə il Amerikada təhsil almış aranjımançı Allahyar Rzayev tərəfindən yeni partituralar yazılmışdır.

 Fidan Hacıyeva bu partituranı müğənni Çingiz Mustafayev ilə birlikdə ifa etmişdir.

İki saatlıq konsert proqramında Fidan Hacıyeva görkəmli bəstəkarlar Üzeyir Hacıbəylinin, Cövdət Hacıyevin əsərləri ilə yanaşı, Tomas Arne, Friderik Şopen və digər dünya şöhrətli bəstəkarların repertuarından musiqilər də ifa etmişdir.

Konsert boyu Heydər Əliyev Sarayının səhnəsində quraşdırılan xüsusi ekranlarda sənətçinin müxtəlif formada görüntüləri, yeni çəkilmiş videoçarxlar nümayiş etdirilmişdir.

Azərbaycan klassik musiqisini müxtəlif dillərdə, yüksək peşəkarlıq və ustalıqla oxuyan müğənninin hər ifası tamaşaçılar tərəfindən dəfələrlə alqışlanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında