Filmlərin də öz rəngi olur Rafis İsmayılov – 75

 

 

 

 

Milli kino sənətimizin inkişafında kino rəssamlarımızın   çox əhəmiyyətli xidmətləri olmuşdur. Onların arasında dövlət mükafatı laureatı, Azərbaycanın xalq rəssamı, tanınmış sənətçi Rafis İsmayılovun xidmətlərini xüsusi olaraq  qeyd etmək lazımdır. Bu il  Rafis  İsmayılovun  75 yaşı tamam olur.

O, 1939-cu ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub. 1962-ci  ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1972-ci ildə isə Moskvanın Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Burada  çalışdığı   dövrdə 50-dən artıq bədii filmin quruluşçu rəssamı olmuşdur. Onlardan  bəzilərini  xatırlatmaq istərdik: “Qatır Məmməd”, “Sevinc buxtası”, “Üzeyir ömrü”, “Qara gölün cəngavərləri”, “Qəribə adam”, “Oxuyur Müslüm Maqomayev”, “1001-ci qostrol”,   “Dantenin yubileyi”, “Anın quruluşu”, “Təhminə”, “Sübhün səfiri” və c. O bu filmlərin  hər birində hadisələrin mahiyyətinə  uyğun  rənglərdən istifadə edərək  filmin  ümumi quruluşunu tamamlaya  bilmişdir. İstər  natura çəkilişlərindən, istərsə də  dekorasiyalardan  istifadə  zamanı  rəssam  çox maraqlı detallar tapır,  süjetli eskizləri ilə  gələcək  filmin  bütöv mənzərəsini yaradır. Kinorejissorlar dəfələrlə etiraf ediblər ki,  Rafis müəllimlə işləmək olduqca  rahatdır. Çünki o, kinonun dilini yaxşı  bilir.

Rais İsmayılov bir neçə cizgi filminin də  quruluşçu rəssamı və rejissorudur.

Bu istedadlı  rəssamın  əsas  peşəsi kino  rəssamlığı olsa da, o, səhnə əsərlərinin də quruluşçu  rəssamı kimi  fəaliyyət  göstərib. Azərbaycan Milli Akademik Dövlət Teatrında “Gecə döyülən qapılar”, “Tənha iydə ağacı”, “Fedra”,  “Misir gecələri”, “Ölüləri qəbirstanlıqda basdırın”, “İkinci səs”,  Azərbaycan Dövlət Opera və Balet Teatrında isə “Natəvan”, “Leyli və Məcnun”,"Məhəbbət və ölüm",  “Rast”,  “Trubadur” əsərlərinin quruluşçu rəssamı olaraq səhnə tərtibatı sənətinin inkişafına öz töhfəsini vermişdir.

Rafis İsmayılovun yaradıcılığı  yüksək  qiymətləndirilmiş, o,  Azərbaycanın xalq rəssamı fəxri adına layiq görülmüşdür. O həm də dövlət mükafatı və rəssamlıq üzrə olan “Sultan Məhəmməd” mükafatı laureatıdır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında