“Müasir repertuarın xalq teatrında rolu”

 

 

 

Bu gün müasir mədəniyyət və incəsənətimizin inkişafında teatrlarımız da əhəmiyyətli rol oynayır. Milli-mədəni irsimizin tanıdılmasında xalq teatrlarının da payı var.

Bu fikirlər dünən “Park İNN” otelində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə keçirdikləri “Müasir repertuarın xalq teatrında rolu” adlı seminarda səsləndirildi. Tədbiri giriş sözü ilə açan nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, professor Vilayət İsmayılov dövlətin hər zaman mədəniyyətimizə, eləcə də teatrlara diqqət göstərdiyini qeyd etdi. Bildirdi ki, müasir dövrdə teatrlarımızın üzərinə bir sıra vəzifələr düşür. Dövrün tələblərinə cavab verən əsərlərlə tamaşaçının cəlb edilməsi, gənc və istedadlı aktyorların yetişdirilməsi bu vəzifələr sırasında mühüm yer tutur. Bölgələrdə  xalq teatrlarının uğurlu fəaliyyətini qeyd edən natiq bildirdi ki, xalq teatrlarının dövlət teatrları ilə sıx əməkdaşlığı onların inkişafına daha böyük stimul verər.

Azərbaycan Teatrlar Xadimləri İttifaqının yaradıcılıq şöbəsinin müdiri, teatrşünas, dramaturq Çingiz Ələsgərli xalq teatrlarının repertuar məsəlinə toxundu. Qeyd etdi ki, bu gün repertuar zənginliyi başlıca aktual məsələdir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor, xalq artisti İlham Namiq Kamal xalq teatrının dövlət teatrları ilə əməkdaşlığından söhbət açdı. Qeyd etdi ki, teatrların klassik əsərlərlə yanaşı, günün tələblərinə cavab verən, müasir tamaşalar hazırlaması onların auditoriyasını daha da genişləndirər. Onun sözlərinə görə, sovet dövründə məktəblərdə dram dərnəklərinin fəaliyyəti kiçik yaşlarından istedadlı uşaqların üzə çıxmasına imkan verir, onların gələcəkdə həyatlarının  teatrla bağlaması ilə nəticələnirdi.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin rejissoru, əməkdar incəsənət xadimi  Məhərrəm Bədirzadə isə xalq teatrlarının inkişaf problemlərindən söhbət açdı. Qeyd etdi ki, istedadlı yaradıcı insanlardan ibarət xalq teatrlarının daha yaxşı fəaliyyəti üçün onların qayğılarının azaldılmasına ehtiyac var.

Seminarda çıxış edənlər xalq teatrlarının inkişafı üçün zəruri olan məsələlərə toxundular, müxtəlif təkliflərlə çıxış etdilər. Sonda səsləndirilən fikir və təkliflərin gələcəkdə həllini tapması vurğulandı.

Qeyd edək ki, seminarın məqsədi regionlarda fəaliyyət göstərən xalq teatrlarının fəaliyyət səviyyəsini daha da yüksəltmək, teatr rejissorlarına bu işdə yardımçı olmaqdır.

Əfsanə BAYRAMQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında