Daşkənddəki Beynəlxalq Vestminster Universitetində mədəniyyət festivalı keçirilmişdir

 

Daşkənddəki Beynəlxalq Vestminster Universitetində mədəniyyət festivalı keçirilmişdir. Festivalda Amerika Birləşmiş Ştatları, İtaliya, İran, Misir, Hindistan, Pakistan, Böyük Britaniya və digər ölkələrin Özbəkistandakı səfirlikləri iştirak etmişlər.

Ölkəmizi festivalda Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil etmişdir.

Azərbaycan üçün ayrılmış salonda dövlətimizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin iqtisadi inkişafı, Viktor Andriyanov və Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” seriyasından özbək, Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş “Heydər Əliyev” kitabı, Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində nəşrləri, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, həmçinin müxtəlif jurnallar nümayiş etdirilmişdir. AMM-in naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri və suvenirlər də maraqla qarşılanmışdır.

Qədim məişət əşyalarımız, həmçinin tar, kamança, saz, qaval və nağara, Azərbaycan musiqisi yazılmış disklər tamaşaçılarda maraq doğurmuşdur.

Azərbaycan salonuna gələnlərə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunmuşdur.

Sonra milli mətbəx festivalı olmuşdur. AMM nümayəndələri festival iştirakçılarını Novruz şirniyyatlarına qonaq etmişlər.

Festival bu xalqların nümayəndələrinin geniş konsert proqramı ilə başa çatmışdır. AMM-in “Azəri qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa etmişlər.

Qulu KƏNGƏRLİ

AzərTAc-ın

xüsusi müxbiri

Daşkənd

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında