Səməd Vurğunun ev-muzeyi əsaslı təmirdən sonra ziyarətçilərinin üzünə açılmışdır

 

Martın 5-də Azərbaycan poeziyasının gюrkəmli nümayəndələrindən biri, xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilmişdir.

Rəmzi qırmızı lent kəsildikdən sonra dюvlət və hюkumət rəsmiləri, Milli Məclisin deputatları, ədəbiyyat, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

Mərasimdə çıxış edən muzeyin direktoru Aygün Vəkilova diqqətə çatdırmışdır ki, Səməd Vurğunun ev-muzeyi 1975-ci ilin oktyabrında ulu юndər Heydər Əliyevin təşəbbüsü ilə açılan ilk memorial muzeydir. Vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında” 2011-ci il 13 dekabr tarixli sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeydə təmir-bərpa və bədii tərtibat işləri həyata keçirilmişdir.

Muzey şairin юmrünün son 2 ilini yaşadığı, gərgin yaradıcılıqla məşğul olduğu, fəal ictimai xadim kimi fəaliyyət gюstərdiyi evdə yerləşir. Muzey 6 otaqdan ibarətdir. Şairin iş otağı, qonaq və yataq otaqları eynilə qorunub saxlanılır. Ekspozisiyanın bir otağında şairin ailə üzvlərinin şəxsi əşyaları və fotoşəkilləri nümayiş olunur. Digər otaqlarda qurulmuş ekspozisiya isə Səməd Vurğunun həyatını, yaradıcılığını və ictimai fəaliyyətini əks etdirir.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu mədəniyyət ocağının yenidən юz qapısını ziyarətçilərin üzünə açmasını əlamətdar hadisə kimi qiymətləndirmişdir.

Bildirmişdir ki, gюrkəmli şairin xatirəsinin xalq və dюvlət, Azərbaycan Prezidenti tərəfindən əziz tutulması çox sevindirici haldır. Diqqətə çatdırmışdır ki, ulu юndərin təşəbbüsü ilə açılmış bu muzeydən sonra юlkəmizdə bюyük şəxsiyyətlərin ev-muzeylərinin yaradılmasının bünюvrəsi qoyulmuş, muzey işinin təkmilləşdirilməsinə, inkişafına başlanılmışdır.

Nazir qeyd etmişdir ki, Səməd Vurğun çətin dюvrdə yaşamasına baxmayaraq onun yaradıcılığının əsasında Vətənə, torpağa sevgi, xalqına məhəbbət, dюvlətə xidmət və layiqli vətəndaş mюvqeyi durmuşdur. Poeziya ustasının şeirlərinin hər sətrinin arxasında azadlıq sevgisi ifadə olunmuşdur. Həmçinin onun dram əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. 

Bildirilmişdir ki, dюvrünün ən bюyük ziyalılarından biri olan Səməd Vurğun yaşadığı mühitin gюrkəmli simaları ilə şəxsi münasibəti sayəsində Azərbaycan ədəbiyyatını keçmiş SSRİ məkanında yorulmadan  təbliğ etmişdir. Onun yaradıcılığı bu gün də müasir Azərbaycan ədəbiyyatşünaslığında xüsusi yer tutmalı, tədqiqatlar davam etdirilməlidir.

Nazir əsaslı təmirdən sonra Səməd Vurğunun ev-muzeyinin şairin yaşayıb-yaratdığı dюvrün ruhunu əks etdirməklə yanaşı, həm də müasir texnologiya ilə təchiz olunduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, muzey юz işini gələcəyə belə aparmalıdır. Yeniliklər keçmiş irsimizin qorunub saxlanmasına xidmət etməlidir.

Sonra mərasim iştirakçıları şairin юz səsində onun şeirindən bir parçanı dinləmişlər.

Akademik Teymur Bünyadov ulu юndər Heydər Əliyevin  Səməd Vurğunun poeziyasını yüksək qiymətləndirdiyini, onun “Azərbaycan” şeirini eşidərkən gюz yaşlarını saxlaya bilmədiyini diqqətə çatdırmışdır.

Tədbirdə İ.Əbilov adına mədəniyyət mərkəzinin üzvü Türkan Məmmədli Səməd Vurğunun şeirini oxumuş, Prezident təqaüdçüsü Vurğun Vəkilov Qara Qarayevin “Eskiz” əsərini ifa etmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında