Dünya Rəssamlar Günü keçiriləcək

 

 

Fevral ayının 27-də Türkiyənin paytaxtı Ankara şəhərində Dünya Rəssamlar Günü münasibətilə  tədbir keçiriləcək. Tədbirdə Azərbaycanı Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan Rəsm Komitəsi başkanı, rəssam Nəvai Metin təmsil edəcək. Bu barədə kulis.az saytı məlumat yayıb.  Nəvai Metinin sözlərinə görə, tədbir uzun illərin gərgin mübarizəsindən sonra baş tutub. Belə ki, Türkiyədə Çoban rəssam kimi tanınan rəssam Süleyman Şahin 2006-cı ildə Vinsent Van Qoqun məzarı üstündə and içib ki, Dünya Rəssamlar Gününün qeyd olunmasına nail olacaq.  Rəssam Süleyman Şahinin, rəssam Bayronun, Memik Kibarkayanın uzun illər ərzində apardığı mübarizədən sonra ilk dəfə bu gün qeyd olunur. 27 fevralda Abdi İpekci parkında müxtəlif yerlərdən gələn rəssamlar canlı rəsm çəkəcəklər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında