“Qisas almadan ölmə. Keçmişdən məktublar” yeni filmi təqdim edildi

 

Nizami Kino Mərkəzində tanınmış rejissor, xalq artisti Oktay Mir-Qasımın “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filminin təqdimatı keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən filmdə XIX əsrin əvvəllərindən ölkəmizdə məskən salmış almanların 1941-ci ildə Orta Asiyaya sürgün olunmasından söhbət açılır.

Təqdimatda çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirdi ki, hər bir yeni film rejissor və yaradıcı heyətin tamaşaçılar qarşısında hesabatıdır. O, yeni ekran əsərinin maraqlı bir tarixə və mühüm mövzuya həsr olunduğunu qeyd etdi. Rejissorun bu mövzuya müraciəti Azərbaycan incəsənət adamlarının təkcə özümüzün deyil, başqa xalqların problemlərinə də çox həssaslıqla yanaşdıqlarını bir daha sübut edir. Bizim incəsənət xadimlərimiz dünyaya inteqrasiyaya hazırdırlar və birgə layihələrimiz bundan sonra da təqdim ediləcək.

Almaniyanın ölkəmizdəki səfirinin müavini Volfqanq Mössinger tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, filmin hər anında rejissorun alman xalqına məhəbbəti hiss olunur: “Filmin Azərbaycan-alman münasibətlərinə həsr olunması bizi sevindirdi. Çünki tarixin qara səhifələrinə baxmayaraq bizim xalqlar arasında həmişə sıx münasibətlər olub”. Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət edildi. Rejissor Oktay Mir-Qasım filmdə zəhməti keçən hər kəsə təşəkkürünü bildirdi. Filmin yaranma tarixi və adı ilə bağlı məlumat verən rejissor qeyd etdi ki, ekran əsərinin süjeti 30 ilə yaxın mənim ürəyimdə, beynimdə yaşayıb. Film “Didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur” sözləri ilə başlayır. Almanlar Azərbaycana XIX əsrin əvvəllərində köçüblər. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza gələrək bu ərazilərdə məskunlaşırdılar. 1819-cu ildə Vürtemberq krallığından (Almaniyanın indiki Baden-Vürtemberq əyaləti) gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanın - Helenendorf qəsəbəsinin (indiki Göygöl şəhəri) əsasını qoyurlar. Bir neçə nəsil dəyişir, almanlar yerli əhali ilə qaynayıb-qarışırlar. 1941-ci ildə Azərbaycanda yaşayan 20 minə yaxın alman Stalinin əmri ilə sürgün edilir.

Filmin ssenari müəllifi Oktay Mir-Qasım, quruluşçu operatoru Nikolay İvasiv (Rusiya), quruluşçu rəssamı Vaja Calaqaniya (Gürcüstan), bəstəkarı Elmar Feldir (İsrail). Filmdə Ramiz Əzizbəyli, Ayan Mir-Qasım, Qurban İsmayılov, Bəxtiyar Xanızadə, almaniyalı aktyorlar Ulrix Rexenbax, Yekaterina Şmidt, gürcüstanlı aktyorlar Gia Caparidze, Levan Boçorişvili və başqaları çəkiliblər.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında