"Yeni Filarmoniya" Birləşmiş Gənclər Simfonik Orkestri Berlindədir

Artıq üçüncü ildir ki, Mədəniyyət və Turizm Nazirliyini təşəbbüsü ilə yaradılan gənclərdən ibarət "Yeni Filarmoniya" Birləşmiş Gənclər Simfonik Orkestri gənc dirijor, hal-hazırda Almaniyanın Köln Ali Musiqi Məktəbində təhsil alan Fuad İbrahimovun rəhbərliyi altında Avropada keçirilən beynəlxalq festivallarda iştirak edir. 2008-ci ildə orkestr Almaniyanın Berlin şəhərində Young Euro Classic, 2009-cu ildə isə İtaliyanın Toskana şəhərində Beynəlxalq musiqi festivalında uğurla iştirak etmişdir.
Bu il Birləşmiş Gənclər Simfonik Orkestri və dirijor Fuad İbrahimov konsert proqramı ilə çıxış etmək üçün yenidən Young Euro Classic festivalına dəvət almışlar. Bu barədə nazirliyin mətbuat xidməti xəbər yaymışdır. Orkestr bu gün Berlinin ən möhtəşəm konsert salonlarından biri olan Konzerthausda dinləyicilərə maraqlı proqram təqdim edəcək: Ü.Hacıbəyli - "Koroğlu" operasından uvertüra, Q.Qarayev -Alban rapsodiyası, F.Əlizadə - "Nağıllar", P.Çaykovski 5 nömrəli Simfoniya.
Qeyd edək ki, avqustun 10-da orkestr Azərbaycan Dövlət Filarmoniyasında konsertlə çıxış etmişdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında