Müasir İncəsənət Muzeyinin və “YARAT” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə uşaq yaradıcılıq sərgisi açılmışdır

 

Yanvarın 23-də Müasir İncəsənət Muzeyinin (MİM) və “YARAT” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə MİM-də uşaq yaradıcılıq sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, açılış mərasimində “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri  Aida Mahmudova muzeyin kollektivinə və sərginin təşkilində əməyi olan hər kəsə, o cümlədən layihənin rəhbərinə və valideynlərə təşəkkürünü bildirmişdir. Diqqətə çatdırmışdır ki, ustad dərslərində iştirak etmək istəyənlərin sayı çoxalmaqdadır. Valideynlər bu dərslərlə çox maraqlanırlar. Belə dərslər uşaqların yaradıcılığının inkişafına öz müsbət təsirini göstərir. Elə uşaqlar var ki, onların işləri artıq nümayiş olunmuşdur, bəziləri isə belə mötəbər sərgidə ilk dəfədir iştirak edirlər. Onların hamısına uğurlar arzulayıram.

 “Da’ART” uşaq yaradıcılıq studiyasının rəhbəri Dilarə Atakişiyeva bildirmişdir ki, bu gün əl işləri nümayiş olunan uşaqlar üçün əlamətdar gündür və onların yaddaşında həmişəlik qalacaqdır.

Dilarə Atakişiyeva gözəl ideyaya görə “YARAT” Müasir İncəsənət Məkanının rəhbərinə təşəkkür edərək studiyanın gələcək planlarından danışmışdır. Bildirmişdir ki, müvafiq layihə davam edəcəkdir. İldə iki dəfə muzeydə ustad dərslərinin keçirilməsi  nəzərdə tutulmuşdur.

Sərgi üç ay ərzində hər həftənin bazar günlərində MİM-də keçirilmiş 7-13 yaşlı uşaqlar üçün ustad dərslərinin nəticəsi olaraq təqdim olunur. Ustad dərslərində gənc iştirakçılar peşəkar rəssamların rəhbərliyi altında yaradıcılıq düşüncəsinin, kompozisiyanın, yapmanın, kollajın, fotonun və batikanın əsaslarını dərk etmişlər.

Ustad dərslərində Çingiz Babayev, Mətin Şərifov, Aqşin Kazımov, Xanlar Əsədullayev, Nadiya Taziyeva, həmçinin “Da’ART” uşaq yaradıcılıq studiyasının rəhbəri Dilarə Atakişiyeva və müəllimləri Nübar Şahbazova, Zina Qasımova da iştirak etmişlər.

Ümumilikdə 150-dək əl işinin nümayiş olunduğu sərgi yanvarın 31-dək davam edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında