“24 il əvvəl... 24 il sonra”

 

 

Hər il 20 Yanvar faciəsinin ildönümünü  mədəniyyət ocaqları  böyük ehtiramla  qeyd edirlər. Bu  münasibətlə keçirilən mərasimlərdə  20 Yanvar  qırğınının  şəhidləri  yad edilir, bədii kompozisiyalar  nümayiş olunur, rəsm və foto müsabiqələri keçirilir. Bu il də  mədəniyyət müəssisələrimizin əksəriyyətində  belə tədbirlərin keçirilməsinə başlanılmışdır.

Yanvarın 17-də  Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş “24 il əvvəl... 24 il sonra” adlı sərgi təşkil olunmuşdur. T.İsmayılov adına Təsviri və Tətbiqi Sənət Salonunun və Respublika Gənc Turizm və Diyarşünaslıq Mərkəzinin şagirdlərinin 50 ədəd rəsm əsərinin sərgiləndiyi tədbirdə Milliyətçi Gənclər Təşkilatı və Respublika Gənc Turizm və Diyarşünaslıq Mərkəzinin üzvləri tərəfindən hazırlanan, 20 Yanvar faciəsinə həsr olunmuş  kompozisiya nümayiş olunmuşdur. Sərgi yanvarın 23-dək davam edəcək.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində də “20 Yanvar xalqımızın qan yaddaşıdır” adlı tədbir keçirilmişdir. Tədbirdə Bakı şəhəri 44 və 53  nömrəli orta məktəblərin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş şeirlər, Asəf Zeynallı adına Musiqi Kollecinin şagirdlərinin ifasında isə musiqi parçaları səsləndirilmişdir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində  bu münasibətlə keçirilən tədbir  daha təsirli  və yaddaqalan olmuşdur.   Tədbir Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun “İçərişəhər” Tarixi Muzeyi, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.   Mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim olunmuş, muzeyin foyesində 20 Yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş etdirilmişdir.

Bu münsibətlə keçirilən  tədbirlər  respublikamızın  əksər mədəniyyət müəssisələrində  davam etməkdədir. 

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında