“İRS” jurnalının yapon dilində nəşr olunan dördüncü nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın muğam haqqında məqaləsi dərc edilmişdir

 

 

Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin və “İRS-Isan” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olan jurnalın yapon dilində növbəti nömrəsi nəşr edilmişdir.

Jurnalın bu nömrəsində xalqımızın muğam mədəniyyətinə qayğısının və diqqətinin təcəssümü olaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Qarabağ muğam məktəbi haqqında müfəssəl məqaləsi yapon oxuculara təqdim edilir.

Məqalədə muğam sənəti, Azərbaycan muğam məktəbi və onun görkəmli nümayəndələri haqqında geniş məlumat verilir. Azərbaycan muğam sənətinin mühüm tərkib hissəsi olan Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı danışılır.

Bundan əlavə, jurnalda baş redaktor Musa Mərcanlının “Qarabağ - muğamın beşiyi”, Tofiq Musayevin ermənilər tərəfindən törədilmiş Xocalı faciəsi haqqında “Xocalıda cinayət: hadisənin günahkarları, baş verənlərin beynəlxalq hüquqa əsasən təsnifatı və məsuliyyət”, ötən il 900 illik yubileyi qeyd olunmuş böyük Azərbaycan şairi Məhsəti Gəncəvi haqqında Azərbaycan Milli Elmlər Akademiyasının  müxbir üzvü Rafael Hüseynovun “ Müasirimiz Məhsəti Gəncəvi”, tarix üzrə fəlsəfə doktoru İzmira Quliyevanın “Azərbaycanın təbii boyaları - təbiətin insana hədiyyəsi”, Afət Rüstəmbəyovanın Azərbaycan tətbiqi sənətində xüsusi yeri olan Qurama sənəti haqqında “Qurama- Azərbaycan tətbiqi sənətinin bir növü kimi”, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun Milli Azərbaycan Tarixi Muzeyində saxlanan yapon qılıncı haqqında məqalələri yer almışdır.

Ölkəmizə səfər edərək son illər Azərbaycanın sürətli inkişafının şahidi olmuş yapon müəllifləri, tanınmış iqtisadçı-ekspert Kazuyasu İşidanın “Yeni zirvələr fəth edən Azərbaycan” və JİJİ PRESS informasiya agentliyinin müxbiri Yokoi Hirominin “Odlar yurdu Azərbaycana səyahət” başlıqlı məqalələri də jurnalda yerləşdirilmişdir.

Nəfis tərtibatda hazırlanmış jurnalın nəşrinin məqsədi yapon xalqını Azərbaycanın zəngin tarixi-mədəni irsi, incəsənəti, ədəbiyyatı, mətbəxi, turizm imkanları və ölkəmizin inkişaf perspektivləri haqqında daha ətraflı məlumatlandırmaqdır.

 Vüqar AĞAYEV

AzərTAc-ın xüsusi müxbiri

Tokio


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında