Akademiyada muğamşünaslıq mərkəzi yaradılır

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) keçirilmiş yığıncaqda muğam sənətinin elmi şəkildə tədqiq olunub öyrədilməsi, nəşri və təbliği məsələlərindən bəhs olunmuşdur. 

AMEA-nın prezidenti, akademik Akif Əlizadə muğamşünaslıq elminin əhəmiyyətindən, əhatə dairəsinin genişliyindən, bu problemlərlə məşğul olan müxtəlif elm sahələrində çalışan alimlərin fəaliyyətinin əlaqələndiriməsi zərurətindən geniş bəhs etmişdir. AMEA-nın prezidenti muğamşünaslıq üzrə mövcud potensialı bir mərkəzdə cəmləşdirmək üçün qarşıda duran vəzifələri nəzərə çatdırmışdır. Akademik muğam sənətini həm ictimai və humanitar elmlərin işığında, həm də dəqiq və təbiət elmlərinin inteqrasiyası zəminində tədqiq etməyin vacibliyini qeyd etmişdir. 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə muğam sənətinə dair problemlərin tədqiqi ilə tarixi, fəlsəfi, filoloji, pedoqoji və muğamşünaslıq istiqamətləri üzrə məşğul olunduğunu qeyd etmişdir. Buna baxmayaraq, ölkəmizdə muğam sənətinin tədqiq edilib öyrənilməsi ilə məşğul olan ayrıca bir mərkəz, yaxud şöbə mövcud deyildir. Bu isə muğam sənəti üzrə tədqiqatların pərakəndə şəkildə aparılması, sistemli və ardıcıl olmaması, əlaqələndirilməməsi ilə nəticələnmişdir. Bütün bunlara görə AMEA-da muğam sənətini öyrənən xüsusi bir quruma ehtiyac yaranmışdır. Akademik müasir dövrün tələblərinə uyğun olaraq Memarlıq və İncəsənət İnstitutunda muğamşünaslıq mərkəzinin, yaxud şöbəsinin yaradlmasını təklif etmişdir.

Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ertekin Salamzadə, şöbə müdiri, AMEA-nın müxbir üzvü Zemfira Səfərova, xalq musiqisi şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayeva, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları fəlsəfə üzrə elmlər doktorları Zümrüd Quluzadə, Adil Əsədov və başqaları   çıxış edərək muğamşünaslıq elminin qarşısında duran vəzifələrindən, bu sənəti dərindən, ətraflı və sistemli şəkildə tədqiq edib öyrənməyin və ümumiləşdirməyin əhəmiyyətindən söz açmışlar.

Yeni yaranacaq quruma ilkin olaraq “Azərbaycan muğamşünaslığı” adlı məqalələr toplusunu hazırlayıb çap  etmək tövsiyə olunmuşdur.

T.AYDINOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında