Azərbaycanda yeni televiziya kanalının açılması nəzərdə tutulur

 

 

 

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda açılacaq yeni televizya kanalının fəaliyyət istiqamətinə aydınlıq gətirmişdir.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli Trend-ə açıqlamasında demişdir ki, yeni televiziya kanalının əsasən regionlarda baş verən proseslərin işıqlandırması nəzərdə tutulur: “Bu, Azərbaycan Respublikasının bütün ərazisində yayımlanacaq bir televiziya kanalı olacaq. Biz çox istəyirik ki, Azərbaycanın regionlarının inkişafına daha çox diqqət verən, ümumi fəaliyyətini regionlara istiqamətləndirən bir televiziya kanalı olsun”

N.Məhərrəmli əlavə etmişdir ki, təəssüflə indiki televiziya kanallarında bölgə həyatı, yəni rayonlardakı proseslər kifayət qədər işıqlandırılmır.

Qeyd edək ki, ötən gün Milli Televiziya və Radio Şurasının iclası keçirilmişdir. İclasda yeni televiziya yayım kanalının açılması imkanları araşdırılmış və yeni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək müsabiqə elan edilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında