Türkiyənin məşhur simfonik orkestri Heydər Əliyev Mərkəzində çıxış edəcəkdir

 

 

 

Yanvarın 29-da Heydər Əliyev Mərkəzində Türkiyənin məşhur Bilkənt Simfonik

Orkestrinin konserti keçiriləcəkdir.

Heydər Əliyev Mərkəzindən bildirmişlər ki, orkestrin bədii rəhbəri İşın Metinin dirijorluğu ilə təqdim olunacaq konsert proqramında skripkada Azərbaycanın əməkdar artisti Toğrul Qəniyev çıxış edəcəkdir.

UNICEF-in Türkiyədə xoşməramlı səfiri olan Bilkənt Simfonik Orkestrinin Bakı konsertində tamaşaçılara Türkiyə, Almaniya və Rusiya bəstəkarları Ülvi Cemal Erkin, Feliks Mendelson və Sergey Raxmaninovun əsərləri təqdim olunacaqdır.

Ölkələr arasında musiqi körpüsü yaratmaq orkestrin təməl prinsiplərindən biridir. Kollektiv bu məqsədlə İtaliya, San-Marino, İsveçrədə keçirilən bir çox beynəlxalq festivallarda çıxış etmiş, Almaniya, Portuqaliya, Belçika və Yaponiyada konsertlər vermişdir.

AzərTAc 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında