Seyid Həmzə Nigariyə həsr olunmuş II beynəlxalq simpozium keçiriləcək

 

 

 

Bu  il mayın 1-dən 3-dək paytaxt Bakıda və Qazax rayonunda “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universitetinin Qafqaz Araşdırmaları İnstitutu, “Avrasiya” Beynəlxalq Araşdırmaları İnstitutu və Azərbaycan Türkləri Kültür, Sənət və Dayanışma Dərnəyinin birgə təşkilatçılığı ilə II Beynəlxalq Həmzə Nigari simpoziumu keçiriləcək.

Qeyd edək ki,  2012-ci ilin may ayında   Türkiyənin Amasiya şəhərində XIX əsrin məşhur təsəvvüf şairi Seyid Mir Həmzə Nigariyə (1795-1866) həsr olunan “Qarabağdan Amasiyaya bir könül körpüsü - Həmzə Nigari” adlı  I  beynəlxalq simpozium təşkil olunmuşdur. Həmin  simpoziumda  millət vəkili Qənirə Paşayeva “Böyük mütəfəkkir Mir Həmzə Seyid Nigari və Qarabağ məsələsi” mövzusunda məruzə ilə çıxış edib.

Bu il  keçiriləcək simpozium “Nigarinin həyatı və çevrəsi”, “Nigarinin yaşadığı dövrdə Qazax və çevrəsində sosial və mədəni həyat”, “Osmanlı və Cümhuriyyət dövrlərində Nigarinin ictimai və dini təsirləri”, “Nigarinin Qafqazdakı dini və ictimai təsirləri”, “Qafqazdan Anadoluya köçlər və Nigari təsiri”, “Azərbaycan-Türkiyə təsəvvüf və ədəbiyyat əlaqələri”, “Nigarinin təsəvvüf anlayışı” və s. mövzuları əhatə edəcək. Simpoziumun dili Azərbaycan, türk, ingilis və rus dilləridir.

Məlumat üçün bildirək ki, Mir Həmzə Nigari 1795-ci ildə Qarabağ xanlığının Bərgüşad mahalının Cicimli kəndində dünyaya gəlmişdir.O, bir vaxtlar Türkiyənin Anadolu  vilayətindən  bu kəndə köçmüş  Ağa Balim həzrətlərinin  altıncı nəslidir.  Tədqiqatçı-alim  Bəlul Əfəndi Behcətin yazdığına görə  Ağa Balim həzrətləri  müridi Sarı Aşıq , Hacı Qaraman  və Qara Primlə birgə bu  kəndə gəlmiş  və burada məskunlaşmışdır. Seyid Həmzə Nigari də bu  kənddə  dünyaya gəlmişdir.  Atası Mir Paşa adı ilə tanınan Mir Rüknəddin Əfəndi, anası isə Qızxanımdır. Həmzə əfəndinin Həzrəti Zəhranın övladlarından olan ulu babaları hicrətin birinci və ikinci əsrlərində sülalələri və həmvətənləri ilə birlikdə uzaq bir ölkədə gizlənmək və yaşamaq məcburiyyətində qalmışlar.

Həmin əsrdə Qafqazın Qarabağ vilayətinə köçərək burada bir kənddə yerləşmişlər. Cicimli adlanan bu kənd ulu seyidlərin gözəl və müqəddəs bir məskəni olmuşdur. Həmzə əfəndi uşaqlığını Cicimlidə keçirmişdir. 15 yaşına qədər molla yanına göndərilsə də, getməkdən imtina edən Nigari kəndən qaçaraq Qaraqaş kəndindəki məşhur müdərrislərdən biri olan Mahmud əfəndinin yanına getmişdir. Qaraqaşda təhsil aldığı zaman Nurəddin adlı bir şəxs və xanımı Nigar Həmzə əfəndinin bütün ehtiyaclarını qarşılamış, təhsili üçün hər cür yardım göstərmişlər. Bu xanımın dəstəyinə görə o, “Nigari” təxəllüsünü götürmüş və divanında da bu addan istifadə etmişdir.          1886-cı ildə Harputda vəfat edən Həmzə Nigari vəsiyyətinə əsasən şeyxinin yanında - Amasiyada dəfn olunmuşdur. Məzarı indi də orada - Şirvan camesindədir.

M.MÜKƏRRƏMOĞLU,  
  “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında