Park Cinema-da həftənin premyeraları: Lombard salnamələri və Paranormal hadisə: İblisin nişanı

Artıq  yanvar-ın 9-dan etibarən Park Cinema-da iki premyeranı izləmək olacaq: Lombard salnamələri və Paranormal hadisə: İblisin nişanı.

Paranormal hadisəni 2-ci hissədən başlayaraq dəyişilməz ssenarist Kristofer Lendon yazıb və film çəkib. Nəzərə alaraq ki, Lendon standart süjet xəttindən uzaqlaşıb, “İblisin hədəfi” əvvəlki hissələrə yad deyil. Daha heç bir qəribə xışıltı, cığıltı, “Gecə 15” və boş otaqda gizli kameralarla çəkilən bağlanan qapılar və yerini dəyişən əşyalar olmayacaq. Bu “İblisin axırıncı qovulması” filminə bənzəyir - Cessi  tədricən insan simasını itirərək subyektiv kameraya sənədləşdirilmiş “mübtəlalıq salnaməsidir”.

Meksikada əvvəlki filmlərin personajlarına işgəncə verən qara qüvvələr bu dəfə bir ailəyə daxil olur. Qeyd edək ki, “Paranormal hadisə”-nin beşinci hissəsini artıq Kristofer Lendon deyil, Ceyson Paqan və Endryu Stark yazırlar. 

Lombard salnamələri filmində qiymətli nişan üzüyünə görə ağlasığmaz hadisələr və böyük bir qazanca görə yarışmalar başlayır və orada skinhed bandasından başlayaraq Elvis Preslinin oxşarlarına kimi qəhrəmanlara rast gəlmək olar.

Fərqli və qeyri-adi süjet xətti olan filmdə tanınməş aktyorlardan Mett Dillon, Brendan Freyzer, Kevin Renkin, Vinsent D’Onofrio, Pol Uoker və başqaları çəkilmişlər. Bu film məşhur aktyorun axırıncı işlərindən biridir, belə ki, Pol Uoker burada uğursuz soyğunçulardan birini oynayır. Film sayəsində darıxdırıcı iş günlərindən uzaqlaşıb ürəkdən gülmək olar.

Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu ildə  fəaliyyətə başlamışdır. Hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Burada ölkədə ilk dəfə olaraq 3D və HFR formatları təqdim olunmuşdur. Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı  brendlərdən olan avadanlıqlar quraşdırılmışdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında