Muzey Mərkəzində “Davamlı inkişaf mədəniyyəti sosial harmoniyanın bünövrəsi kimi: nəzəri və praktiki aspektlər” mövzusunda konfrans işə başlamışdır

 

Noyabrın 28-də  Muzey Mərkəzində “Davamlı inkişaf mədəniyyəti sosial harmoniyanın bünövrəsi  kimi: nəzəri və praktiki aspektlər” mövzusunda konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, noyabrın 28-29-da keçirilən III Beynəlxalq elmi-praktiki konfrans ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmişdir. Konfrans  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Dövlət Qulluğu və Kadrların İdarə olunması  İnstitutunun dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və UNESCO üzrə  Azərbaycan Respublikası Milli Komissiyası tərəfindən təşkil edilmişdir.

Tədbirdə Azərbaycan, Belarus, Çexiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rusiya, Serbiya, Türkiyə və Ukraynadan  tanınmış alimlər, yazıçılar və jurnalistlər iştirak edirlər.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransı təbrik nitqi ilə açaraq demişdir ki, 12 ölkənin nümayəndələrinin iştirak etdiyi konfransın Azərbaycanda keçirilməsi rəmzi əhəmiyyət daşıyır. Son illər mədəniyyətlərarası  dialoqun qurulması  meydanına çevrilən ölkəmiz dünyanın mədəni həyatında əhəmiyyətli yer tutur. Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinin, qarşılıqlı fəaliyyətin, daxili tolerantlığın ən mühüm aspektlərindən biri kimi multikulturalizmə böyük əhəmiyyət verir.

Ə.Qarayev demişdir: “Bu gün konfransda söhbət mədəniyyətin davamlı inkişafından gedəcəkdir. Ona keçid müasir cəmiyyətdə mədəniyyətin humanist, ekoloji və mənəvi dəyərlərə müvafiq olaraq   məqsədyönlü şəkildə dəyişilməsini nəzərdə tutur”.

Azərbaycan son 20 ildə istər siyasi-iqtisadi, istərsə də mədəni inkişafda böyük uğurlar qazanmışdır. Bu da sosial-iqtisadi, sənaye, enerji, mədəni sahələrdə inkişafın Azərbaycan modelinin formalaşmasına imkan vermişdir. Ölkə rəhbərliyi son on ildə qeyri-neft sektorunun, mənəvi dəyərlərin inkişafına yönəlmiş çoxlu sayda strateji proqram və konsepsiya qəbul etmişdir.

Azərbaycanın uğurlu mədəni inkişaf strategiyasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. İndiki konfrans da onun 90 illik yubileyinə həsr olunmuşdur.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Gunay Əfəndiyeva, Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov, Moldova Respublikasının UNESCO-nun İşləri üzrə Milli Komitəsinin baş katibi Konstantin Rusnak, Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov və başqaları konfransda çıxış edərək müasir qloballaşma şəraitində mədəniyyətin rolundan, mədəniyyət, əxlaq və dinin qarşılıqlı təsiri problemlərindən, mədəniyyətlərin dinc yanaşı mövcud olmasında dialoqun rolundan, qarşılıqlı anlaşmadan və tolerantlıqdan   danışmışlar.

Fasilədən sonra mövzu üzrə çıxışlar olmuşdur.

Sonra mədəniyyət və turizm  naziri Əbülfəs Qarayevin  köməyi və dəstəyi ilə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodiki Mərkəzi tərəfindən rus dilində nəşr olunmuş “Sabit inkişaf mədəniyyəti: ideyadan reallığa doğru” kitabının təqdimatı olmuşdur.

Nəşrin tərtibatçısı və elmi redaktoru Nizami Məmmədovdur.

Kitabda istər mədəniyyət fəlsəfəsi və sosiologiyası, istərsə də  Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya və Ukraynada konkret kulturoloji araşdırmalarla bağlı məsələlərin geniş spektri nəzərdən keçirilmişdir.

Kitabda 2011-2012-ci illərdə Bakıda keçirilən davamlı  mədəni inkişafa həsr olunmuş iki beynəlxalq konfransın materiallarından istifadə olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında