Xalq şairi Nigar Rəfibəylinin yubiley gecəsi keçirilmişdir

 

Noyabrın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ədəbiyyatımızın görkəmli nümayəndəsi, xalq şairi Nigar Rəfibəylinin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə filarmoniyanın foyesində şairin həyat və yaradıcılığını əhatə edən “Şanlı nəsillərin yadigarıyam” adlı kitab sərgisi ilə tanış olmuşlar.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə nazir Əbülfəs Qarayev şairin milli mədəniyyətimizə verdiyi dəyərli töhfələrdən geniş söhbət açmışdır.

Bildirmişdir ki, Nigar Rəfibəyli Azərbaycan poeziyasına istedadlı şair, ustad sənətkar kimi daxil olmuşdur. O, Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparan bir nəslin nümayəndəsidir.

Mədəniyyət və turizm naziri vurğulamışdır ki, Gəncədə şairin abidəsinin açılışı mərasimində şəxsən iştirak etmiş xalqımızın ümummilli lideri Heydər Əliyev Gəncənin tarixində Rəfibəylilər nəslinin xüsusi yeri olduğunu söyləmişdir.

Diqqətə çatdırılmışdır ki, Nigar Rəfibəyli bənzərsiz şair olmaqla yanaşı, həm də dünya ədəbiyyatının ən dəyərli nümunələrini dilimizə tərcümə etmişdir. O, Şərq poeziyasının görkəmli nümayəndəsi Məhsəti Gəncəvinin rübailərini böyük məharətlə dilimizə çevirmişdir.  Şairin sözlərinə yazılmış həzin mahnılar isə dillər əzbəridir və müğənnilər tərəfindən sevilə-sevilə ifa edilir.

Nigar Rəfibəylinin ədəbi irsi Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmiş, o, Vətənin ən yüksək fəxri adlarına və mükafatlarına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə şairin seçilmiş əsərləri latın qrafikası ilə nəşr edilərək ölkənin bütün kitabxanalarına hədiyyə olunmuşdur. Yubiley tədbirləri çərçivəsində nazirliyin dəstəyi ilə “Şanlı nəsillərin yadigarıyam” və “Məhəbbətim bölünmədi” kitabları işıq üzü görmüş, ölkədə şairə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir.

Şairin oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar yubileyin keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmiş, tədbirin təşkilatçılarına təşəkkür etmişdir.

Tədbir boyu Nigar Rəfibəylinin həyat və yaradıcılığını əks etdirən videokadrlar nümayiş etdirilmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında