Yuli QUSMAN: Bizim film Azərbaycan xalqına məhəbbət etirafıdır

 

 

Xəbər verdiyimiz kimi, noyabrın 15-də Heydər Əliyev sarayında məşhur həmyerlimiz, tanınmış rejissor-ssenarist Yuli Qusmanın “Qorxma, mən səninləyəm! 1919” filminin təqdimat mərasimi olmuşdur. Yuli Qusman AzərTAc-ın müxbirinə məxsusi müsahibəsində “Şöhrət” ordeni ilə təltif olunduğunuz elan ediləndə hansı hissləri keçirdiniz” sualının cavabında demişdir:

-Bilirsiniz, mən və ailəm Azərbaycana o qədər bağlıyıq ki, filmin premyerasının məhz  Vətənimdə baş tutduğuna hədsiz sevindim. Çox şadam ki, mənim əməyim məhz burada, Azərbaycanda yüksək qiymətləndirildi. Mənə elə gəlir ki, bu film Azərbaycan xalqına, necə deyərlər, məhəbbət etirafıdır. Çünki başqa heç bir məqsəd ola bilməz. Bu böyük aktyorlar özlərini çox xoşbəxt hiss edirdilər. Çünki onlar - ən kiçik rolları ifa edən artistlərdən tutmuş SSRİ xalq artistlərinədək bütün iştirakçılar 2 il Azərbaycanda olmuşlar. Azərbaycan artistləri, “Bakılı oğlanlar” - Tahir və Cabir İmanovlar, Bəhram Bağırzadə çox gözəl oynamışlar.

Mən deməliyəm ki,  dağlıq yollardan keçəndə onları sadəcə tanımadıq. Ola bilməz. Mən Bakıya tez-tez gəlirəm, onun necə dəyişdiyini görmüşəm. Amma Qəbələyə, Balakənə, Zaqatalaya, Qaxa gedən  yollarda da böyük işlər görülmüşdür. Biz yalnız Gürcüstanla sərhəddə normal vəhşi təbiətin bir parçasını gördük. İndi hər yerdə tikinti gedir, orada da Bakıdakı kimi müasir mehmanxanalar vardır. Bu, adamı heyrətləndirir, axı ölkə balacadır. Düzdür, onun nefti var. Amma belə sıçrayış sadəcə ağlasığmazdır. Bu, Heydər Əlirza oğlunun sayəsində mümkün olmuşdur, indi isə biz İlham Heydər oğlunun yaratdıqlarına məftun oluruq. Bu, bir ənənədir. Mən, əlbəttə, çox razıyam, sevinirəm ki, Vətən mənim xidmətlərimi belə yüksək qiymətləndirmişdir. Ümidvaram ki, bu film İlham Heydər oğlunun xoşuna gələcək, çünki “Qorxma, mən səninləyəm” onun sevimli filmidir. Hər halda, biz onu məyus etməyəcəyik.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında