I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

 

 

 

Noyabr   ayının   20-dən  23-dək  I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Festivalın müsabiqə proqramına

31 ölkədən 78 film daxil edilib.

Nizami Kino Mərkəzində nümayiş olunacaq filmləri kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.  Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin   mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, münsiflər heyətinin 3 üzvü Azərbaycandan – Azər Qərib, Vasif Babayev, Cəmil Fərəcov, 4 üzvü isə xarici ölkələrin təmsilçisidir – Aleksandr Kammel, Lela Krstevska, Devid Kuper, Qriqoris Koulbanis.

Bakı Beynəlxalq Turizm Filmləri Festivalının rəsmi sponsoru Garant Holding, sponsoru Nar Mobile, rəsmi tərəfdaşı JW Marriot Absheron Baku, informasiya dəstəkçiləri İctimai Televiziya, APA Holdinq və day.az saytıdır. Festivalın təşkilati işlərini “Azanfilm” studiyası həyata keçirir.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında