Bakıda İSESCO-nun uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransı çərçivəsində baş ekspertlərin hazırlıq görüşü olmuşdur

 

 

 

Noyabrın 8-də Bakıda İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransı çərçivəsində baş ekspertlərin hazırlıq görüşü olmuşdur.

Tədbirdə çıxış edən İSESCO-nun əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mustafa Ahmed Ali İbrahim Makki konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan İSESCO ilə İslam ölkələri arasında vacib körpü rolunu oynayır. Konfrans üzv ölkələr arasında uşaq problemləri ilə bağlı müzakirələr aparmaq üçün çox yaxşı imkan yaradır.

Sonra Mustafa Ahmed Ali İbrahim Makki gündəlikdəki məsələlər barədə məlumat vermişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) sədrinin müavini Aynur Sofiyeva Azərbaycanın uşaq hüquqları sahəsində həyata keçirdiyi işlər və əldə etdiyi nailiyyətlər barədə məlumat vermişdir.

A.Sofiyeva bildirmişdir ki, uşaq məsələləri ilə bağlı Azərbaycan mühüm beynəlxalq sənədlərə qoşulmuş, ölkəmizdə uşaq hüquqları ilə bağlı qanunvericilik bazası formalaşmışdır. Uşaqların onlara aid qərarların qəbul edilməsində iştirakını təmin etmək məqsədi ilə iki ildə bir dəfə Azərbaycan uşaqlarının Ümumrespublika Forumu keçirilir. Uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, uşaq ölümü hallarının azaldılması, yüksək səviyyəli ümumi orta təhsilin təmin edilməsi və təhsil sisteminə nəzarətin həyata keçirilməsi diqqət mərkəzindədir.

A.Sofiyeva uşaq hüquqlarının müdafiəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini xüsusi vurğulayaraq qeyd etmişdir ki, bu sahədə Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr həyata keçirilmişdir.

Sonra konfrans işini üç işçi sessiyada davam etdirmişdir.

İclaslarda İSESCO-nun eksperti Sadiq Rəşidin “İslam dünyasında uşaqlar və urbanizasiya: imkanlar, problemlər və uyğunsuzluqlar”, “İslam dünyasında şəhər yerlərində uşaqların rifahlarının inkişaf etdirilməsi təşəbbüsləri”, “İslam dünyasında məktəbəqədər təhsil: uğurlu təcrübələr” mövzularında məruzələri dinlənilmişdir.

Məruzələr ətrafında müzakirələr aparılmış, təkliflər irəli sürülmüşdür.

Daha sonra tədbir iştirakçıları Bakı Bəyannaməsinin ilkin formasını və ilkin nizamnamələri müzakirə etmişlər.

Baş ekspertlərin hazırlıq görüşü noyabrın 9-da işini davam etdirəcəkdir. 

Qeyd edək ki, Azərbaycan hökuməti İslam ölkələrinin uşaq siyasəti üzrə məsul nazirlərinin IV konfransına təqdim edilməsi üçün hesabat hazırlamışdır.

Hesabatda 2005-ci il noyabrın 5-dən 7-dək keçirilmiş İslam ölkələrinin uşaq siyasəti üzrə məsul nazirlərinin I konfransının (Rabat deklarasiyası), 2009-cu il fevralın 2-3-də keçirilmiş II konfransının (Xartum deklarasiyası), 2011-ci il fevralın 10-11-də keçirilmiş III konfransının (Tripoli deklarasiyası) sənədləri öz əksini tapmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında