Londonda beynəlxalq turizm sərgisi və Dünya Turizm Təşkilatının sammiti keçirilib

 

 

 

Böyük Britaniyanın paytaxtı Londonda “Dünya Səyahət Bazarı-2013" (World Travel Market-2013") Beynəlxalq Turizm Sərgisi keçirildi.  Bu barədə  Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib. Sərgi çərçivəsində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatına üzv ölkələrinin nazirlər sammiti keçirilib.

Toplantıda əsasən dünya ölkələrində aviasiya və turizm siyasətləri arasında mövcud problemlər, həmçinin viza məsələləri müzakirə olunub. Nazir çıxışında Azərbaycanda qeyd olunan sahələrin inkişafından söz açaraq 2013-cü ildən etibarən dövlət tərəfindən turistlər üçün viza rejiminin sadələşdirildiyini qeyd edib.

Bildirilib ki, ötən illər ərzində turizm sahəsinin inkişafı ilə əlaqədar qəbul olunmuş dövlət proqramı tam şəkildə yerinə yetirilib. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcıdır. Proqramın icrası ölkədə turizm sektorunun dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə güclü təkan verəcək.

Tədbir çərçivəsində Əbülfəs Qarayev Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə, eləcə də Xorvatiya, Litva, Özbəkistan, İraq və Makedoniyanın turizm sahəsinə rəhbərlik edən nazirləri ilə görüşüb, fikir mübadiləsi aparıb. Daha sonra mədəniyyət və turizm nazirinin Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Ali Komissiyasının rəhbəri Sultan bin Salman bin Abdulaziz Əl Saudla və Argentinanın turizm naziri Karlos Enrike Meyerlə təkbətək görüşləri olub. Söhbət zamanı gələcəkdə ölkəmizlə adıçəkilən ölkələr arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Əbülfəs Qarayev beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülən 105 kvadratmetrlik sahədə quraşdırılmış Azərbaycanın stendi ilə tanış olub, ölkəmizin sərgidə təmsil olunan turizm şirkətləri və mehmanxana nümayəndələrinə uğurlar diləyib.  Nazir Azərbaycanın və Böyük Britaniyanın kütləvi informasiya vasitələrinə müsahibə verib, eləcə də 2015-ci ilin yayında Bakıda keçirilməsi nəzərdə tutulan Avropa Yay Olimpiya Oyunları ilə bağlı görüşlər keçirib. Əbülfəs Qarayev “WTM 2013" Beynəlxalq Turizm Sərgisində Azərbaycan guşəsinin qonşuluğunda yer alan Türkiyənin stendini də ziyarət edib, qardaş ölkənin turizm sənayesinin nümayəndələrinə sərginin işi ilə bağlı xoş arzularını çatdırıb.

London sərgisində Azərbaycandan Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, 12 turizm şirkəti və 4 mehmanxana təmsil olunurdu.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında