Bakıda Türkiyənin ebru sənətinə aid sərgi açılmışdır

 

 

 

 

Noyabrın 7-də Milli İncəsənət Muzeyində Türkiyə səfirliyinin, “Nargis” jurnalının və “Palmali” şirkətlər qrupunun dəstəyi ilə Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi  tərəfindən ebru sənətinə (su üzərində rəsmin kağıza köçürülməsi) aid sərgi açılmışdır.

AzərTAc xəbər verir ki, açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun sərginin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, hər iki ölkə zəngin mədəniyyət tarixinə malikdir. Diqqətə çatdırmışdır ki, sərgini təşkil etməkdə məqsəd Türkiyənin ebru sənətini və sərgidən sonra təqdim olunacaq muğam sənətini bir araya gətirmək olmuşdur. Səfir İsmail Alper Coşkun mərasimin təşkilatçılarına dərin təşəkkürünü bildirmişdir.

Sonra mərasim iştirakçıları sərgiyə baxmışlar.

Tədbir Canəli Əkbərovun ifasında konsertlə davam etmişdir.

Sonda tədbirin təşkilatçılarına Türkiyə səfirliyinin hədiyyələri təqdim edilmişdir.

Türkiyənin ebru sənətinə aid 3 rəssamın 37 işinin nümayiş olunduğu sərgi noyabrın 17-dək davam edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında