Parisdə UNESCO-nun Baş Konfransının 37-ci sessiyası keçirilir

 

 

Noyabrın 5-də UNESCO-nun baş qərargahında təşkilatın Baş Konfransının 37-ci sessiyası öz işinə başlamışdır.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasından AzərTAc-a bildirilmişdir ki, iki ildən bir keçirilən sessiya qurumun ən mühüm tədbiri hesab edilir. Üzv ölkələr UNESCO üzrə Milli komissiyalar, qurum yanında daimi nümayəndəliklər və təşkilatın əhatə etdiyi bütün prioritet sahələr üzrə təmsilçilərin iştirakı ilə Baş Konfransın işində təmsil olunurlar.

Baş Konfransın sessiyası çərçivəsində liderlər forumu, ümumi siyasi debatlar, Milli komissiyaların görüşləri, UNESCO-nun elm, təhsil, mədəniyyət, kommunikasiya və informasiya və digər komitələrinin iclaslarının keçirilməsi nəzərdə tutulmuşdur.

Sessiya çərçivəsində UNESCO üzrə Milli komissiyaların baş katiblərinin görüşü keçirilmişdir. Görüşdə ölkəmizi UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva təmsil etmişdir. Milli komissiyaların təşkilatla əlaqələrinin müzakirə edildiyi görüşdə G.Əfəndiyeva çıxış edərək Azərbaycan-UNESCO əməkdaşlığının inkişafından və perspektivlərindən danışmışdır. O, əlaqələrin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd etmişdir. G.Əfəndiyeva Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarına ev sahibliyi etdiyini xatırlatmış, ölkə rəhbərliyinin sülhə tolerantlığa, və bərabərliyə xüsusi önəm verdiyini diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, Azərbaycan hazırda UNESCO ilə bütün prioritet istiqamətlər üzrə sıx əməkdaşlıq edir.

UNESCO-nun Baş Konfransı noyabrın 20-dək davam edəcəkdir.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən UNESCO-nun üzvüdür.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında