Havada Asılmış - Britaniyanın kukla teatrının Bakıda tamaşası

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq cərçivəsində, British Council Azərbaycan  “Havada Asılmış” kukla teatrı tamaşasını böyük məmnuniyyətlə təqdim edir. Tamaşa 10 noyabr tarixində saat 14:00 və 18:00-da Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq.

8 noyabr 18:30-da Yay galereyasında (layihənin təşəbbüskarı və təşkilatçısı Yarat müasir incəsənət məkanı) bütün incəsənətlə maraqlanan şəxslər üçün Stefan Motram tərəfindən müzakirə keçiriləcək.

“Asılmış vəziyyətdə” adlı kukla tamaşası insan hərəkətləri xırdalıqlarının diqqətlə izlənməsinə əsaslanır. Sadəliyindən irəli gələn eleqantlığa malik bu tamaşa yerin cazibə qüvvəsi və tarazlıq kimi adi hadisələrin tərəfimizdən hiss olunmasını dəyişdirir. Tədricən, ifaçı tamaşaçıları bu fərqli qayda qanunlara malik olan, sehrli, məzəli və poetik paralel aləmə çəkib aparır.

Tamaşanın rejissoru, Stiven Motram öz teatr əsərlərinin ifasına əlavə olaraq (qastrollar 40-dan çox dünya ölkəsində keçirilmişdir), Avropanın bir sıra kollec və teatr məktəblərində hərəkət və manipulyasiyalar üzrə dərs deyir. O, İtaliyanın Pinerolo şəhərində MAAF Akademiyasının daimi müəllimidir.

Tamaşada söz yoxdur və yalnız “kuklalar maraqlı hərəkətlər edir, dinamik musiqi isə tamaşaçıların diqqətini çəkir”. Tamaşa xarici sponsorlar arasında məşhurluq qazandı və Stiven beynəlxalq qastrollara çıxmağa başladı.

Bu tamaşa böyüklər üçün nəzərdə tutulmuşdu, amma dinməz halda diqqətlə səhnəni izləyə bilən hər kəsə də maraqlı gələcək. Tamaşa üçün beynəlxalq dil maneələri mövcud deyil, çünki tamaşada söz ifadələrindən istifadə olunmamışdır.

Motramın kukla oynatmaq bacarığı və Qli Perinin əla elektron musiqisi, o cümlədən müxtəlif musiqi janrlarından götürülmüş bəstə parçaları və tanınmamış yazıların qarışığı, kiçik müstəqil aləmlər yaradaraq tamaşaçıları asılmış vəziyyətdə olan, sürpriz və hərəkətlərlə dolu bu aləmlərə çəkib aparır”. “The Guardian” qəzeti.

“Heykəltaraşlıq, pantomima və rəqs incəsənət sahələrindən ilham alaraq, Motramın bu sənət işi valehedici və təsirli abu-hava yaradır.” “Plays and Players” nəşri (“Pyeslər və ifaçılar”).

British Council aldığı dəstəyə görə rəsmi həmkarları olan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Gənc Tamaşaçılar Teatrı və Yarat müasir incəsənət məkanı öz minnətdarlığını bildirir.

Əlavə məlumat almaq və sual vermək üçün, müraciət edin:

 

Dilarə İbrahimova | Proqramlar üzrə Menecer

Britaniya Konsulluğu | 8-ci mərtəbə, Landmark III binası, Nizami küç. 90A | Bakı AZ1010 | Azərbaycan

T +994 12 497 1593  | F + 994 12 498 9236

[email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında