Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimatı keçiriləcəkdir

 

 

 

Noyabrın 5-də Bakıda Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimat mərasimi keçiriləcəkdir.

Təqdimat mərasimində Heydər Əliyev Mərkəzinin binasının layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadid, eləcə də müxtəlif ölkələrdən bir sıra tanınmış arxitektorlar iştirak edəcəklər.

Mərkəzdən AzərTAc-a bildirmişlər ki, qonaqlar müasir memarlığın incilərindən sayılan, son illərin dünya memarlıq layihələri sırasında ilk yerləri tutan Heydər Əliyev Mərkəzinin binası ilə yaxından tanış olacaqlar. 

Tədbir layihənin memarlıq özəlliklərinin, eləcə də Heydər Əliyev Mərkəzinin binasının dünya memarlığındakı rolunun diqqətə çatdırılması baxımından əhəmiyyətli hadisə hesab olunur.

Heydər Əliyev Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli sərəncamına əsasən yaradılmışdır. Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, ulu öndərin irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Heydər Əliyev Mərkəzinin binasının təməli 2007-ci il sentyabrın 10-da qoyulmuşdur. Tikinti işləri beş il davam etmişdir. 2012-ci il  mayın 10-da Heydər Əliyev Mərkəzinin binasının rəsmi açılış mərasimi keçirilmişdir.

Kompleksin ümumi ərazisi 15,93 hektar, tikinti sahəsi 101.801 kvadratmetr, park (landşaft ərazi) 13.58 hektardır. Binanın ən hündür nöqtəsi 74.1 metrdir. Kompleksə əsas bina, yeraltı parkinq və park ərazisi daxildir.

Bu gün Heydər Əliyev Mərkəzi təkcə binasının arxitektur görünüşü ilə deyil, həyata keçirdiyi yerli və beynəlxalq layihələrlə də diqqət mərkəzindədir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında