Heydər Əliyev Fondunun dəstəyi ilə təmir işlərinin həyata keçirildiyi Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın açılış mərasimi olmuşdur

 

Heydər Əliyev Fondunun dəstəyi ilə təmir işlərinin həyata keçirildiyi Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın oktyabrın 25-də açılış mərasimi olmuşdur.

Tədbir çərçivəsində Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Roma şəhərinin meri İgnazio Marino ilə görüşmüşdür.

Görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və Roma ilə Bakı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuş, həmçinin ölkələrimizin mədəni və iqtisadi münasibətlər ilə bağlı fikir mübadiləsi aparılmışdı. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Romanın Kapitolini Muzeyinin bir hissəsinin təmiri Azərbaycan ilə İtaliya arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirəcəkdir.

Sonra Kapitolini Muzeyinin “Filosoflar zalı”na baxış olmuşdur.

Sonda Vaqif Sadıqov və İgnazio Marino birgə mətbuat konfransı keçirmişlər.

Vaqif Sadıqov təkcə İtaliyanın deyil, bütün dünya mədəniyyətinin gözəl nümunələrindən olan Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmirdən sonra açılışında iştirak etməkdən məmnunluğunu bildirmişdir.

Səfir qeyd etmişdir ki, Azərbaycan ilə İtaliya arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədədir. İstər siyasi, istərsə də iqtisadi, mədəni və digər sahələrdə münasibətlərimiz daha da inkişaf etmişdir. İtaliya artıq bir neçə ildir ki, Azərbaycanın əsas ticarət tərəfdaşıdır.

Qarşılıqlı əməkdaşlıq prinsipinə söykənən əlaqələr çərçivəsində paytaxtlarımız arasında mövcud münasibətlərə də toxunan V.Sadıqov Heydər Əliyev Fondunun təşəbbüsü ilə görülən işlərin bu baxımdan xüsusi önəm daşıdığını diqqətə çatdırmışdır.

Roma şəhərinin meri İgnazio Marino ilə görüşdə Azərbaycan - İtaliya əlaqələrinin daha da genişləndirilməsi imkanlarının müzakirə olunduğunu deyən səfir gələcək illərdə də birgə layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Kapitolini Muzeyində görülən bərpa işlərini yüksək qiymətləndirən Roma şəhərinin meri İgnazio Marino Azərbaycana minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, bu təşəbbüs iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəkdir.

İgnazio Marino diqqətə çatdırmışdır ki, Azərbaycan İtaliyanın mühüm tərəfdaşıdır. Ölkələrimiz arasında yaxın münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir.

Maqsud DADAŞOV,

AzərTAc-ın xüsusi müxbiri

Roma


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında